İvanka Trampın Şərq tətili - FOTOLAR

İvanka Trampın Şərq tətili - FOTOLAR

ABŞ-ın 45-ci prezidenti Donald Trampın qızı, 41 yaşlı İvanka Tramp ona heç bir din, irqin yad olmadığını nümayiş etdirib.

 

Sfera.az bildirir ki, Misirdən tamamilə sadə fotolar paylaşan İvanka Tramp sosial media istifadəçilərinin rəğbətini qazanıb.

 

İvanka, həyat yoldaşı Jared Kuşner və onların övladları Cozef, Teodor və Arabella piramidaları ziyarət ediblər. Tarixi mənzərə fonunda dəvə üzərində şəkil çəkdirən İvanka çoxdankı istəyinə müqavimət göstərə bilmədiyini deyib. Onlar Luksorda olublar və Nil çayında qayıqla gəzintiyə çıxıblar.

 

Qeyd edək ki, Donald Trampın köməkçisi olan İvanka atasının siyasi ambisiyalarına deyil, övladlarına və ailəsinə prioritet vermək istədiyini bildirmişdi. İvanka seçki kampaniyasında atasına kömək etməyəcək.

 

Xatırladaq ki, Tramp 2024-cü ildə prezidentliyə namizəd olmaq istəyir. İvanka Misirdən sonra həyat yoldaşı və uşaqları ilə birlikdə Qətərdə keçirilən dünya çempionatına gedib.

 

Braziliyanın qələbəsi ilə başa çatan Braziliya - Serbiya matçını ailə bərabər izləyib.

 

Cütlük korporativ məkanlarında Yaxın Şərq iş adamları və siyasətçiləri ilə ünsiyyətdə olublar. İvanka Qətərin Baş naziri Xalid bin Xəlifə Əbdüləziz əl Tani ilə söhbət edərkən də görüntülənib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...