2022-2023 qış üçün moda trendləri - FOTOLAR 

2022-2023 qış üçün moda trendləri - FOTOLAR 

Soyuq günlərdə sizi isti saxlayan, eyni zamanda son trendlərə uyğun isti və dəbli sviterlər qış qarderobunun əvəzolunmaz əşyasıdır. Bu gün mağazalarda hər zövqə, üsluba, rəngə və pul kisəsinə uyğun bol-bol sviter seçimi var.

 

Sfera.az seçimə kömək etmək üçün sizə stilistlərin ən son tendensiyaları təqdim edir. Onu da qeyd edək ki, ötən illərdəki trendlərlərə bu qış arasında elə də mühüm fərqlər nəzərə çarpmır.

 

Böyük ölçülü (oversize) sviterlər

 

 

Müxtəlif hörgülü tərzlərin gen-bol dizaynla kombini idealdır. Bu modellər həm çox eleqant görünür, həm çəki komplexini - istər arıq, istərsə dolu, məharətlə saxlamağa kömək edir, qüsurlarını gizlətməyə imkan verir. Bu mövsüm geniş qollu, qolları dəmir aksessuar və ya zəncir, asimmetrik trikotajlı, naxışlı və kəsikli, hündür yaxalı və yaxasız sviterlər dəbdir. Bu sviteri ətəklər, cins şalvarlarla geyinmək və hətta bütöv paltarın üstünə də geyinmək olar.

 

Sviter paltar

 

 

Bir sviter paltarı yaxşı fiqurlu özünə güvənən qızlar üçün idealdır. Bu, incə ayaqları vurğulamağa imkan verir və kəmərin köməyi ilə belinizi də vurğulayır. Dizdən yuxarı daban çəkmələrlə ideal görünür və ofis işi looka mükəmməl uyğunlaşır. Seçimlərə və kombinlər isə çox genişdir. Sintetikanın əlavə edilməsi ilə tiftik, süni iplik, təbii iplikdən hazırlanmış məhsul ola bilər. Eyni şey naxışa da aiddir: adi corab hörgüsündən başlayaraq mürəkkəb xətlərə qədər seçim davam edir.

 

Sviter paltar demək olar ki, istənilən çəkiyə uyğun olacaq şəkildə seçilə bilər. Dolu xanımlar isə öz ölçüsündən bir ölçü böyük seçimdə dayana bilər.

 

Krop sviter

 

Kəsilmiş sviterlər payız-qış dövründə praktikliyinə görə o qədər də tövsiyə edilməməsinə baxmayaraq, bir neçə mövsüm ardıcıl olaraq modadan çıxmır. 2022-2023-cü illərin qışı da istisna deyil. Böyük və kiçik trikotaj, müxtəlif rənglər və kombinlər, xüsusilə tələbə qızlar arasında hələ də çox populyardır. Dizaynlarına görə mədələr bir az çox ifşa edildiyinə görə bu krop sviterləri piy qatı olmayan bədən quruluşlu xanımların seçməsi daha məsləhətdir. Bu sviterlər dar cins şalvarlar və ətəklərlə yaxşı görünür.

 

Onlar həmçinin çoxqatlı kombinin elementinə çevrilə bilərlər. Sonda qeyd edək ki, düzgün sviteri necə seçəcəyinizlə yanaşı, bədən ölçülərini xüsusilə nəzərə almağınız tövsiyə edilir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...