İlham Əliyev bu şəxsləri TƏLTİF ETDİ - ADLAR

Siyasət
15:34 / 25.11.2022
11310
Lənkəran Dövlət Universitetinin (LDU) əməkdaşları təltif edilib.
Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncamlar imzalayıb.
Sərəncama əsasən, Ağazadə Yədulla Bəbir oğlu və Əzizov Sənan Qərib oğluna “Əməkdar müəllim” fəxri adı verilib.
Digər sərəncamla Ağayeva Məlahət Əli qızı, Mahmudov Kamal Fətulla oğlu və Şahqubadbəyli Ənvər Xandadaş oğlu isə “Tərəqqi” medalı ilə təltif ediliblər.
Onlar LDU-nun 30 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə təltif olunublar.