Kriptovalyuta bazarının dəyəri kiçilir – Trilyonluq bazar milyardlıq bazara dönüb
Bir il əvvələ qədər dəyəri 2 trilyon dollara çatan dünya kriptovalyuta bazarının dəyəri hazırda 700 milyard dollara qədər geriləyib.
Sfera.az xəbər verir ki, bazarın ümumi dəyərinin kiçilməsi əsas kriptovalyutaların qiymətinin 3 dəfədən çox azalması ilə bağlıdır.
Ən böyük dəyər itkisi “Bitcoin”də qeydə alınıb. Bir il əvvəl bazar dəyəri 1,2 trilyon dollar olan “Bitcoin” bazarı hazırda 316 milyard dollar dəyərə sahibdir.
“Ethereum” dəyərinə görə ikinci ən böyük kriptovalyutadır. Onun bazar dəyəri bir il əvvəl 500 milyard dollara çatmışdı. Amma hazırda onun dəyəri 144 milyard dollardır.
Bazar dəyəri xeyli kiçilən ən yaxşı kriptovalyutalardan biri də BNB-dir. Onun bazar dəyəri 100 milyard dollardan 47 milyard dollara geriləyib.
Əsas kriptovalyutalardan “Tether” və “USD Coin”in bazar dəyərində ciddi dəyişiklik yoxdur. “Tether” 65 milyard dollar, “USD Coin”də 44 milyard dollar bazar dəyərinə sahibdir.
Vasif
Sfera.az