Əliyevlə Paşinyan Moskvada görüşəcək? – Peskovdan cavab
Dünya
14:44 / 25.11.2022
10866
Moskva münaqişənin həllində Bakı və İrəvana kömək etməkdə davam edir, lakin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqların yaxın vaxtlarda Rusiyada keçirilməsi planlaşdırılmır.
Sfera.az Tass-a istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü Rusiyanın iki ölkə arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olub-olmaması ilə bağlı suala "Rusiya vəziyyətin həllində və sülh müqaviləsinin imzalanmasında iki dövlətə kömək etmək üçün davamlı olaraq çalışır",- deyə cavab verib.
Lakin Peskovun sözlərinə görə, hələlik Rusiyada belə bir görüş planlaşdırılmır.
Əzizə Zeynal