Lukaşenko Paşinyana niyə qəzəblənmişdi? – KTMT toplantısında yaşananlar

Lukaşenko Paşinyana niyə qəzəblənmişdi? – KTMT toplantısında yaşananlar

Ötən gün sosial şəbəkələrdə KTMT Şurasının qapalı iclasından yayımlanan qısa video geniş müzakirələrə səbəb olub.

 

Sfera.az erməni mediasına istinadən xəbər verir ki, videoda Ermənistanın baş naziri Nikol Paşinyanın ona təklif olunan hansısa sənədi imzalamaqdan imtina etdiyini görmək olur. Görüntülərdə Belarus Prezidenti Aleksandr Lukaşenko buna əsəbiləşib və onu imzalamağa inandırmağa çalışır, lakin Paşinyan laqeyd bir tonda təkrar edir: "Çox təşəkkür edirəm".

 

Dünən erməni hökumətinin iclasının sonunda Nikol Paşinyan yalnız KTMT-nin iclasına və masa üzərində olan sənədlərə istinad edib. Belə çıxır ki, erməni tərəfi sənədi imzalamayıb, onu yenidən baxılmaq üçün geri göndərib.

 

Paşinyanın sözlərinə görə, sessiyada iki “çox mühüm” sənədlə bağlı ümumi razılığa gəlinməyib.

 

“Amma çox açıq, dürüst və müsbət müzakirə aparıldı və həmin iki sənəd yenidən baxılmaq üçün göndərildi və ümid edirəm ki, biz yenidən baxıb ortaq məxrəcə gələ biləcəyik. Amma ümumilikdə, KTMT Şurasının bəyannaməsini imzalamamışıq və KTMT-nin 13 sentyabr eskalasiyasına reaksiyası ilə bağlı qərar bizim qeyri-müəyyənliyimizə görə qəbul edilməyib. Yenə də demək istəyirəm ki, ümumilikdə müzakirəni müsbət hesab edirəm və Rusiya Federasiyası ilə ikitərəfli formatda danışıqları da müsbət dəyərləndirirəm”, - deyə Paşinyan faktiki olaraq KTMT-yə qarşı demarş etdiyini etiraf edib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...

Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək- Bu dəfə 5 gün

COP29-un uğurla başa çatmasından sonra Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, sentyabrın...

Əməkdar artist VƏFAT ETDİ

Rusiyanın əməkdar artisti Nina Qrebeşkova vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 94 yaşında dünyasını dıyişib.   Qrebeşkova m...

Saleh Məmmədov polisin nəzarəti altında olan direktoru vəzifəsindən AZAD ETDİ

"8 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru İlham Novruzov vəzifəsindən azad edilib.   S...