12 gündür dayanmadan fırlanan qoyunların sirri MƏLUM OLDU

12 gündür dayanmadan fırlanan qoyunların sirri MƏLUM OLDU

Monqolustanda 12 gündür fırlanan qoyunların sirri açılıb. Ötən günlərdə bir fermada yaşayan onlarla qoyunun dairə şəklində fırlandığı anların təhlükəsizlik kamerası görüntüləri sosial mediada böyük əks-səda doğurub.

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, yalnız soyadı açıqlanan təsərrüfat sahibi Miao əvvəlcə bir neçə qoyunun fırlanmağa başladığını, sonra isə bütün sürünün ona qatıldığını bildirib.

 

O bildirib ki, qoyunların bu maraqlı hərəkətinə səbəb heyvanların xarab yem yeməkləri ola bilər.

 

İngiltərənin Hartpuri Universitetinin Kənd Təsərrüfatı Fakültəsinin professoru Mett Bell isə başqa və hələ ki son ehtimal irəli sürüb. Onun iddiasına görə qoyunların fiziki sağlamlığı yaxşıdır, yalnız psixologiyasının pozula biləcəyinə işarə edən bəzi əlamətlər var. Mətbuata açıqlama verən professor Bell heyvanların bu hərəkəti daim dar bir məkanda olduqları üçün qəzəblə etdiklərini bildirib. Bir heyvanın hərəkəti ilə başlayan aksiya digərlərinin sürü psixologiyası şəklində davam edib.

 

Bu kütləvi dairəvi hərəkət düz 12 gün davam edib.

 

Qoyunların əsəbi olduğunu vurğulayan Professor Bell: "Görünür, qoyunlar uzun müddət eyni ərazidə olduqları üçün əsəbidirlər və hər zaman eyni hərəkəti təkrarlayırlar"-deyə bildirib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...