Kriştiano Ronaldo Qətərdə göz yaşlarına boğuldu - FOTOLAR

Kriştiano Ronaldo Qətərdə göz yaşlarına boğuldu - FOTOLAR

Dünya çempionatının portuqaliyalı ulduzu Kriştiano Ronaldo Qətərdəki ilk oyununda emosional anlar yaşayıb.

 

Sfera.az bildirir ki, Portuqaliya himni oxunarkən 37 yaşlı hücumçunun gözləri yaşla dolub.

 

2022-ci il futbol üzrə dünya çempionatının favoritləri arasında göstərilən Portuqaliyanın H qrupunda ilk oyunu olan Qana ilə mübarizədə gözlər Kriştianu Ronaldoda idi.

 

Qətərdə debüt edən Ronaldo oyundan əvvəl keçirdiyi gərgin dövrə görə çox emosional olub.

 

“Mançester Yunayted”dən rəsmi ayrıldıqdan sonra klubsuz qalan portuqaliyalı ulduz Qana matçı öncəsi dövlət himni səsləndirilərkən göz yaşlarını saxlaya bilməyib. Mərasim zamanı diqqət mərkəzində olan Ronaldo sosial mediada da gündəm olub.

 

 

Müqaviləsinin bitməsinə 6 ay qalmış əfsanəvi klubu ilə vidalaşmalı olan Ronaldo, muzeyində əskik olan yeganə şey- Dünya Kubokunu almaq üçün Qətərdəki son “rəqsinə” qatılıb. Turnir öncəsi komanda yoldaşları ilə münasibətlərinin pis olduğu xəbəri yayılsa da, 37 yaşlı ulduz hücumçu bu söz-söhbətləri qətiyyətlə təkzib edərək, dostlarının da ona böyük dəstək verdiyini bildirib.

 

Son zamanlar populyarlığını artıran Ronaldo 500 milyon izləyiciyə çatan ilk Instagram istifadəçisi kimi tarixə düşüb.

 

Portuqaliya ilə dünya çempionatı üçün Qətərdə olan Ronaldo ManU ilə vidalaşdıqdan sonra: “”Mançester Yunayted” ilə danışıqlarımızdan sonra qarşılıqlı olaraq müqaviləmizi vaxtından əvvəl ləğv etməyə razılaşdıq. Mən “Mançester Yunayted”i və azarkeşləri sevirəm, bu heç vaxt dəyişməyəcək. Bununla belə, mənim üçün yeni bir çağırış axtarmağın vaxtı yetişib” - açıqlamasını verib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...