ABŞ-da ən yaşlı əkizlər dünyaya gəlib - 30 il sonra

ABŞ-da ən yaşlı əkizlər dünyaya gəlib - 30 il sonra

Embrionlar ilk dəfə dondurulan zaman atalarının cəmi beş yaşı vardı, 30 il sonra körpələr dünyaya gəlib.

 

Sfera.az xəbər verir ki, ABŞ-da dünyanın ən yaşlı əkizləri dünyaya gəlib. Mütəxəssislər Lidiya və Timoti Ridqveynin dünyanın ən uzun dondurulmuş embrionları olduğunu bildirib.

 

22 aprel 1992-ci ildə IVF istifadə edərək bir evli cütlük üçün embrionlar yaradılıb, maye azotda dondurulub və -196°C-də saxlanılıb.

 

Qeyd edək ki, IVF zamanı lazım olduğundan daha çox embrion əldə edilə bilər. Bu halda onlar elmə və ya uşaq istəyən cütlüklərə bağışlana bilərlər. Bu embrionlar Tennessi ştatının Knoxville şəhərindəki Milli Embrion Donorluq Mərkəzinə bağışlanıb.

 

Yeri gəlmişkən, cütlüyün artıq 10 yaşından kiçik dörd uşağı var. Valideynlər 4 uşaqdan sonra övlad sahibi olmaq istədiklərini düşünmədiklərini, lakin Lidiya və Timoteyin doğulmasını heyrətamiz bir şey hesab etdiklərini söyləyib. Filipin dediyinə görə, o və həyat yoldaşı bu əkizləri əldə etmək arzusunda olmayıb, sadəcə olaraq, ən çox gözləyən embrionlardan istifadə etmək istəyiblər. "Ən yaşlı" uşaqlar üçün əvvəlki rekord 26 oktyabr 2020-ci ildə anadan olmuş Molli Everett Gibson olub.

 

Bu embrion 28 il dondurulub.

 

Qeyd edək ki, embrionlar qeyri-müəyyən müddətə dondurula bilər, lakin əridikdən sonra onların sağ qalma nisbəti təxminən 80% təşkil edir. Embrionların yalnız bir hissəsi köçürüldükdən sonra diri doğula bilir. Lidiya və Timoteyin vəziyyətində həkimlər beş embrionu əridib. Bu embirionlardan üçü kifayət qədər canlı olub, nəticədə cütlük əkiz uşaq sahibi olub.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...

Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək- Bu dəfə 5 gün

COP29-un uğurla başa çatmasından sonra Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, sentyabrın...

Əməkdar artist VƏFAT ETDİ

Rusiyanın əməkdar artisti Nina Qrebeşkova vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 94 yaşında dünyasını dıyişib.   Qrebeşkova m...

Saleh Məmmədov polisin nəzarəti altında olan direktoru vəzifəsindən AZAD ETDİ

"8 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru İlham Novruzov vəzifəsindən azad edilib.   S...