“Varvar müharibəsi üçün” - Aİ Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini hazırlayır 

“Varvar müharibəsi üçün” - Aİ Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini hazırlayır 

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropanın Ukraynada döyüşləri dayandırmaq üçün Rusiyanı ən həssas nöqtələrdən vuracağını bildirib.

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, Avropa İttifaqı Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini hazırlayır. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Finlandiyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, Aİ Rusiya Federasiyasını ən həssas yerlərdə vurmağa və Ukraynada döyüş qabiliyyətini zəiflətməyə çalışır. "Mən elan edə bilərəm ki, biz doqquzuncu sanksiyalar paketi üzərində tam sürətlə işləyirik" - deyə fon der Lyayen bildirib.

 

Avropa Komissiyasının rəhbəri G7 ölkələri və digər tərəfdaşlarla Rusiya neftinə qlobal qiymət limitinin tezliklə təsdiqlənəcəyinə əmindir. "Ukrayna Vladimir Putini, onun vəhşi və varvar müharibəsini məğlub etməyincə sakitləşməyəcəyik" - deyə o, sözlərini yekunlaşdırıb.

 

Ursula fon der Lyayen AB sanksiyalarının yeni raundunun hansı məhdudiyyətləri əhatə edə biləcəyi barədə təfərrüatları açıqlamayıb.

 

Xatırladaq ki, noyabrın 23-də Avropa Parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb. Avropa Parlamentinin deputatları mühüm sanksiyaların işlənib hazırlanmasını və təcavüzkarın beynəlxalq təcrid olunması üçün şərait yaradılmasını zəruri hesab edirlər.

 

ABŞ isə Rusiyaya qarşı sanksiyaları qismən yumşaldıb.

 

Amerika firmaları mülki aviasiya uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Rusiyanın sanksiya tətbiq etdiyi şirkətlərlə əməliyyatlar apara bilər. Rusiya neftinin alışını məhdudlaşdırmaq barədə danışılsa da, bəzi Avropa ölkələri bunu davam etdirir. Bolqarıstan bu yaxınlarda embarqodan yan keçərək, Rusiya neft məhsullarının ixracına dair “Lukoil” ilə razılığa gəlib. Noyabrda Rusiyadan Aİ-yə dizel yanacağının ixracı xeyli artıb.

 

Qərb ekspertləri bunu Moskva embarqonun tam işə salınmasından əvvəl maksimum gəlir əldə etməyə çalışması ilə izah edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...

Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək- Bu dəfə 5 gün

COP29-un uğurla başa çatmasından sonra Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, sentyabrın...

Əməkdar artist VƏFAT ETDİ

Rusiyanın əməkdar artisti Nina Qrebeşkova vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 94 yaşında dünyasını dıyişib.   Qrebeşkova m...

Saleh Məmmədov polisin nəzarəti altında olan direktoru vəzifəsindən AZAD ETDİ

"8 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru İlham Novruzov vəzifəsindən azad edilib.   S...