Avropada müəllimə ən yüksək maaş verən ÖLKƏLƏR - STATİSTİKA

Avropada müəllimə ən yüksək maaş verən ÖLKƏLƏR - STATİSTİKA

Avropa ölkələrində müəllimlər ən yüksək maaşı Lüksemburqda alır. Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə İcra Agentliyinin Təhsil İnformasiya Şəbəkəsinin (EURYDICE) 2020/2021 dərs ilinə dair dərc etdiyi hesabata əsasən, Lüksemburqda ən az müəllim maaşı 70 min avrodur.


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, EURYDICE yeni tədrisə başlayan ibtidai sinif müəllimlərinin ümumi əmək haqqını (vergi və digər icbari ödənişlər tutulmadan – red.) açıqlayıb. Məlumata əsasən, Lüksemburqdan sonra ən yüksək maaş İsveçrə (66 972 avro) və Almaniyadadır (54 129 avro). İllik maaşı 40 min avrodan çox olan ölkələr arasında Danimarka, İslandiya və Norveç də var.


Müəllimlərin minimum maaşı Hollandiyada 38 413 avro, Fransada 26 839 avro, Yunanıstanda 13 104 avro və Bolqarıstanda 7 908 avrodur.


Türkiyədə müəllimlər ildə 8 min 330 avro qazanıb. Türkiyədə müəllim maaşı Avropa İttifaqından Macarıstan, Rumıniya, Polşa və Bolqarıstandan yüksəkdir. 
Bununla belə Türkiyə son 11 ildə müəllimlərin maaşlarının aşağı düşdüyü yeganə ölkədir.


Avropada müəllimə ən az maaşı verən ölkə isə Albaniyadır. Burada minimum müəllim maaşı illik 4 233 avrodur. 


Satınalma Gücü Standartına görə ən yüksək müəllim maaşına malik ölkə Almaniyadır (50 537 avro). Almaniyada müəllimlərin maaşları Fransa və İtaliya kimi ölkələrlə müqayisədə iki dəfə çoxdur. 


Satınalma Gücü Standartına görə də ən aşağı göstərici Albaniyadadır (7824 avrodur). Türkiyədə bu məbləğ 28 min 455 avrodur.


Digər ölkələrdə alıcılıq qabiliyyətinə görə müəllimlərin maaşları belədir: İsveçrə (38 601 avro), Hollandiya (32 350 avro), Kipr (25 465 avro), Fransa (24 563 avro), İtaliya (23 601 avro), Yunanıstan (15 435 avro) və Bolqarıstan ( 15 159 avro).


Müəllimlərin maaşının minimum əmək haqqına nisbətinə görə də Almaniya ilk yerdədir. Almaniyada müəllimlərin maaşı minimum əmək haqqından 2,8 dəfə yüksəkdir. Bu baxımdan ən aşağı göstərici isə Polşadadır. Bu ölkədə nisbət 1,1-dir. 


Bəzi digər ölkələrdə müəllim maaşının minimum əmək haqqına nisbəti aşağıdakı kimidir: Monteneqro 2,5, İspaniya 2,3, Bolqarıstan 1.9, Yunanıstan 1,4 və Fransa 1,4.


Türkiyədə yeni müəllimlərə minimum əmək haqqının 1,8 misli qədərində maaş verilir. 


Qeyd edək ki, 2020/2021-ci illərdə Azərbaycanda 3 ilə qədər stajı və 18 saat dərs yükü olan müəllimin minimum maaşı 4440 manat (2220 avro idi), minimum əmək haqqına nisbəti 1,5 idi. 

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...

Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək- Bu dəfə 5 gün

COP29-un uğurla başa çatmasından sonra Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, sentyabrın...

Əməkdar artist VƏFAT ETDİ

Rusiyanın əməkdar artisti Nina Qrebeşkova vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 94 yaşında dünyasını dıyişib.   Qrebeşkova m...

Saleh Məmmədov polisin nəzarəti altında olan direktoru vəzifəsindən AZAD ETDİ

"8 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru İlham Novruzov vəzifəsindən azad edilib.   S...