“Özümüzü Türkiyə-Azərbaycan tandemindən qorumaq üçün...” – Alen Simonyan
"Biz özümüzü Türkiyə-Azərbaycan tandemindən qorumaq üçün KTMT-na daxil olduq".
Sfera.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
“Guya Ermənistana avropalı əsgərlər, silahlı qüvvələr gəlib, belə bir şey yoxdur. Sərhəddə baş verən vəziyyəti qeydə alan mülki müşahidəçilər var. Deyim ki, onların kifayət qədər böyük çəkindirici gücü var”, - Simonyan deyib.
O, əlavə edib ki, Ermənistanın faktiki olaraq Rusiya tərəfdən yetərli hərbi-siyasi dəstəyi yoxdur.
Simonyan baş nazir Nikol Paşinyanın KTMT-nın Ermənistana yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsini imzalamaqdan imtina etməsinə də toxunub. O, təşkilatın Azərbaycan və Ermənistan arasında olan münasibətlərə siyasi qiymət verdiyini vurğulayıb.
Əzizə Zeynal