“Bakcell" iş adamının nömrəsini bağlayıb - İDDİA

“Bakcell

“Bakcell” şirkəti “Qarant Sığorta Agenti”nin telefon nömrəsini borca görə bağlayıb. 


Bununla bağlı məlumatı şirkətin direktoru Abdul Məlikov saytımıza açıqlamasında bildirib. 


Sfera.az saytına danışan A.Məlikov qeyd edib ki, 2020-ci ildə “Qarant Sığorta Agenti” alqı-satqı olunub və altı ay əvvəl özünə məxsus olan (055) 211-97-47 mobil nömrəsini “Qarant Sığorta Agenti”nin balansına keçirib. İş adamı bildirir ki, həmin nömrə bir neçə gün öncə ikitərəfli bağlanıb. 


A.Məlikov nömrənin əsassız yerə bağlandığını hesab edir:

 

“Nömrənin bağlanması ilə bağlı “Bakcell” şirkətinə müraciət etdik. Şirkətdən bildirdilər ki, “Qarant Sığorta Agenti”nin balansında olan nömrələr üzrə 2018-ci ildə 6500 manat borc yaranıb. Bu səbəbdən agentliyin balansında olan (055) 211-97-47 mobil nömrəsi bağlanıb.Mənim nömrəm başqa nömrələr üzrə yaranan borca görə bağlana bilməz. Bunun üçün məhkəmə qərarı və ya hər hansı icra sənədi olmalıdır. Bu sənədlərin heç biri “Bakcell” şirkətində yoxdur. Buna görə də nömrəmin bağlanması hüquqi baxımdan əsassızdır”. 


Nömrənin bağlanmasının ona maddi cəhətdən zərər vurduğunu söyləyən A.Məlikov “Bakcell” şirkətinin öz müştərisinə münasibətindən, şirkətin davranışından narazı olduğunu da vurğuladı:

 

“Şirkətin rəsmi şəxslərindən heç kim bizi qəbul etmir, eyni zamanda bizə rəsmi sənəd təqdim edilmir. Hələ də “Qarant Sığorta Agenti”nin nömrələrə görə yaranan borcu ilə bağlı hər hansı sənədi “Bakcell”dən ala bilməmişik.Şirkət nə borca dair sənədi, nə də məhkəmə qətnaməsini təqdim edir. “Bakcell”dən Anar adlı rəhbər şəxs var, o qeyri-rəsmi söhbət zamanı bizim əməkdaşa bildirib ki, borcu olan nömrələr “Azercell”ə daşınıb. Əgər nömrələr üzrə borc yaranıbsa, həmin nömrələr başqa operatora necə daşınıb? 

 

“Bakcell”in həmin əməkdaşı ilə söhbət zamanı bizə o da məlum olub ki, mənim nömrəm şirkətin balansına cəmi 3-4 ay öncə keçirilib. Fikrimcə, məqsədli şəkildə belə ediblər ki, bu nömrəni borcu əsas gətirərək bağlaya bilsinlər və borcu bizdən istəsinlər”.


Orxan

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...