Görünüşünə görə insanlardan qaçıb meşəyə sığınan gəncin hekayəsi - FOTO

Görünüşünə görə insanlardan qaçıb meşəyə sığınan gəncin hekayəsi - FOTO

Görünüşünə və zehni qabiliyyətinə təsir edən xəstəliyi olan Zanziman Ellie insanların onun həyatını məhv etməsindən sonra, heyvanlar arasında yaşamaq üçün dəfələrlə meşəyə qaçıb.

 

Sfera.az bildirir ki, Zənziman Ellieni meşədə vəhşi heyvanlarla birlikdə ot və banan yeyərkən tapıblar.

 

Ellie görünüşünə görə həyatını işgəncəyə çevirən insanlardan qaçıb doğma məmləkəti Ruandaya qayıdıb. Həyat tərzinə və dünyagörüşünə görə insanlar ona "meymun" deyirdilər.

 

 

Lakin çəkiliş qrupu onun haqqında sənədli film çəkmək üçün Afrikaya gələndə Ellinin həyatı kəskin şəkildə dəyişib. Ellie ailəsi ilə birlikdə kəndə qayıdıb və təhsil almağa başlayıb. Amma bu dəyişikliyə qədər Zanziman müəyyən mənada Rudyard Kiplinq hekayəsinin baş qəhrəmanı Mauqliyə bənzəyib. Zanziman haqqında sənədli film “Afrimax TV” tərəfindən YouTubea yerləşdirildikdən sonra Ellienin hekayəsi gündəm olub.

 

1999-cu ildə anadan olan Zənziman fiziki görünüşünə görə cəmiyyət tərəfindən kənarlaşdırılıb. Ellie körpənin başının normaldan çox kiçik olduğu mikrosefaliya xəstəliyindən əziyyət çəkir. Həm də Ellinin məktəbə getməsinə icazə verilməyib, çünki kənd ağsaqqalları onun təhsil almaq üçün zehni qabiliyyətinin olmadığını əsas gətirib. Təhsil almağa icazə verilməyən və qəddar insanların məsxərəsinə qoyulan Zənziman kəndindən qaçaraq meşədə yaşayıb.

 

 

Günlərlə meşədə yemək axtarıb. Onun insanlar arasından meşəyə qaçması danışa bilməməsinə səbəb olub. Lakin sənədli film yayımlandıqdan sonra Afrimax TV Zənziman və anası üçün yeni bir həyat qurmaq üçün layihə başladıb. Tv kanalı dünyanın hər yerindən tamaşaçılardan böyük ianə toplayan GoFundMe səhifəsi yaradıb. Bütün ianələr onu Ruandadakı Ubumve İcma Mərkəzindəki xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbə göndərmək üçün istifadə olunub. Ellie hazırda təlim keçir. Həmçinin, sənədli filmin nümayişindən sonra həyatı kəskin şəkildə dəyişən gənclə şəkil çəkdirmək üçün insanlar növbəyə düzülüb.

 

Zənzimanın anası: “Oğlumun bu dəyişməsi sözün əsl mənasında möcüzədir. Onu ələ salırdılar, mən də tez-tez arxasınca qaçırdım. O, indi həmyaşıdları ilə birlikdə məktəbdədir və mən çox xoşbəxtəm” - deyə bildirib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...

Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək- Bu dəfə 5 gün

COP29-un uğurla başa çatmasından sonra Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, sentyabrın...

Əməkdar artist VƏFAT ETDİ

Rusiyanın əməkdar artisti Nina Qrebeşkova vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 94 yaşında dünyasını dıyişib.   Qrebeşkova m...

Saleh Məmmədov polisin nəzarəti altında olan direktoru vəzifəsindən AZAD ETDİ

"8 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru İlham Novruzov vəzifəsindən azad edilib.   S...