Kiyevə raket hücumu - Ölən və yaralananlar var + FOTOLAR

Kiyevə raket hücumu - Ölən və yaralananlar var + FOTOLAR

Rusiya yenidən Kiyevə hücum edib. Paytaxtda bir sıra partlayış səsləri eşidilib, hadisə yerinə həkimlər və xilasedicilər göndərilib.

 

Sfera.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində infrastruktur obyektlərinin zərər gördüyü bildirilib. Kiyevdə ilk partlayışların saat 14:04-də qeydə alınmasına baxmayaraq, daha sonra da şəhərdə təkrar partlayışların baş verməsi barədə məlumat yayılıb. Kiyev meri Vitali Kliçko infrastruktur obyektlərindən birində zərbənin qeydə alındığını təsdiqləyib. Mer həmçinin Kiyevin müxtəlif rayonlarında bir neçə partlayışın qeydə alındığını, həkimlər və xilasedicilərin hadisə yerinə yollandığını bildirib.

 

Bundan başqa, paytaxtın bəzi ərazilərində fasilələrlə elektrik enerjisi kəsilib. Bu arada, Kiyev metrosunda şəhərə bir neçə gəlmənin olduğu barədə məlumat verildikdən sonra işıqlar qismən söndürülüb. Həmçinin metronun “Vydubıçi” stansiyasının fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı məlumatlar yayılıb.

 

Bundan əlavə, teleqram kanalları raket hücumları nəticəsində mülki avtomobillərin yandığını və şahidlərin sözlərinə görə, hündürmərtəbəli binanın vurulması qeydə alınıb. Zərbə nəticəsində ikimərtəbəli binaya da ziyan dəyib, 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

 

Partlayışlar Ukraynanın bir sıra bölgələrində də səslənib. Xüsusilə, Nikolaev, Dnepropetrovsk, Zaporojye, Odessa, Poltava vilayətlərində və Xersonda raket zərbələri endirilib.

 

Krım istisna olmaqla, bütün bölgələrdə hava hücumu xəbərdarlığı səslənir.

 

Aynil

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...

Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək- Bu dəfə 5 gün

COP29-un uğurla başa çatmasından sonra Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, sentyabrın...

Əməkdar artist VƏFAT ETDİ

Rusiyanın əməkdar artisti Nina Qrebeşkova vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 94 yaşında dünyasını dıyişib.   Qrebeşkova m...

Saleh Məmmədov polisin nəzarəti altında olan direktoru vəzifəsindən AZAD ETDİ

"8 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru İlham Novruzov vəzifəsindən azad edilib.   S...