Avropa İttifaqından Rusiyaya daha bir ZƏRBƏ: Gəlirləri AZALACAQ

Avropa İttifaqından Rusiyaya daha bir ZƏRBƏ: Gəlirləri AZALACAQ

Avropa İttifaqı Rusiya nefti üçün 65-70 dollar aralığında qiymət tavanı tətbiq etməyi düşünür.


Sfera.az xəbər verir ki, bu haqda məlumatı “Bloomberg” Avropadakı mənbələrdən əldə edib. 

 

Tavan qiymətin müəyyənləşdirilməsi Rusiyaya qarşı sanksiyaların bir formasıdır. Dekabrın 5-dən tətbiq ediləcək sanksiyalar üçün 45 günlük keçid müddəti nəzərdə tutulub.

Keçid dövrü dekabrın 5-dək neftlə yüklənmiş gəmilərə şamil olunacaq. Həmin gəmilər üçün güzəşt müddəti yanvarın 19-da bitəcək. 


Dekabrın 5-dən sonra yüklənən gəmilərə görə isə sanksiyalar tətbiq olunacaq.


Qeyd edək ki, tavan qiymət Rusiya neftinin bazar qiymətindən aşağı alınmasını nəzərdə tutur. Bununla Rusiyanın neft satışından daha az gəlir əldə etməsi hədəflənir. 


Vasif


OXŞAR XƏBƏRLƏR