Bakıda lisey müəllimi pomidor turşusundan zəhərlənib öldü - FOTO

Cəmiyyət
13:40 / 23.11.2022
6142
Bakıda müəllim zəhərlənmədən dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, bu barədə müəllimin işlədiyi Məktəb Lisey Kompleksi məlumat yayıb.
Bildirilib ki, 1982-ci il təvəllüdlü Şəfəq Əliyeva pomidor turşusundan zəhərlənib.
Səhhəti pisləşən müəllim xəstəxanaya yerləşdirib. Həkimlərin səyinə baxmayaraq, bir neçə gün sonra Ş.Əliyeva dünyasını dəyişib.
Mərhum ailəli olub, iki övladı var.