Türkiyədəki zəlzələdə bir nəfər öldü, yaralananların sayı 50-yə çatdı

Dünya
13:06 / 23.11.2022
6809
Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin şəxs aparıldığı xəstəxanada dünyasını dəyişib.
Zəlzələ nəticəsində yaralananların sayı isə 50-yə çatıb.
Mütəxəssislər yeraltı təkanların təkrarlana biləcəyini istisna etmirlər.