“Zəlzələ anında Bakıdakı bu binalara güvənmək olmaz” – Ekspertdən AÇIQLAMA

“Zəlzələ anında Bakıdakı bu binalara güvənmək olmaz” – Ekspertdən AÇIQLAMA

“Bakıda tikilən binalar minimal olaraq 8 balllıq zəlzələyə davamlı tikilib. Lakin köhnə tikililər üçün təhlükə daha realdır”.

 

Bunu Sfera.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib. Ekspert insanları zəlzələ kimi təbiət hadisələrindən itkisiz çıxmaq üçün bəzi bilgilərə sahib olmağa səsləyib:

 

“10 il öncə tikilən bəzi keyfiyyətsiz binalara etibar etmək olmaz. Lakin hazırda tikilən binalar bir-bir yoxlanışdan keçir. Hətta hər mərtəbə qalxdıqca binalarda yoxlama olur. Ümumiyyətlə, insanlarda fövqəladə vəziyyət, təbiət hadisələrinə qarşı ilkin biliklərin olması lazımdır. Zəlzələ anında çöldə olan hər hansı reklam lövhəsi, köməkçi tikililərdə və s. dağılma, aşma təhlükəsi olur və bu da insanların həyat və sağlamlığı üçün təhlükə yaradır. Ona görə insanlara bu cür hadisələrlə bağlı məlumatlar verilməlidir”.

 

E.Nurəliyev ev əşyalarının belə, zəlzələ gözə alınmaqla düzülməsinin vacibliyini vurğulayıb:

 

“Evlərdə zəlzələ anından qorunmaq üçün təhlükəsizlik konsepsiyasının qurulmasına ehtiyac var. Bura əşyaların düzülməsindən tutmuş, bir sıra digər məsələlər aiddir. Evdə mütləq hər kəsdə xüsusi hallar üçün içərisində su, qida ehtiyatı və fanar olan çanta olmalıdır. Bu çanta isə mütləq evin çıxış qapısının yanında yerləşdirilməlidir. Hər yerin coğrafi mövqeyinə uyğun təhlükəsizlik tədbirləri görülməlidir. Məsələn, çay, dəniz kənarında yaşayan şəxslərin evində su basma halları yaşana bilər. Buna müvafiq olaraq həmin şəxslərdə davranış və təxliyə ilə bağlı ilkin bilgilər olmalıdır”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...

Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək- Bu dəfə 5 gün

COP29-un uğurla başa çatmasından sonra Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, sentyabrın...

Əməkdar artist VƏFAT ETDİ

Rusiyanın əməkdar artisti Nina Qrebeşkova vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 94 yaşında dünyasını dıyişib.   Qrebeşkova m...

Saleh Məmmədov polisin nəzarəti altında olan direktoru vəzifəsindən AZAD ETDİ

"8 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru İlham Novruzov vəzifəsindən azad edilib.   S...