Bu müharibə dünya iqtisadiyyatını dağıdacaq: hər il 2,5 trilyon dollar itiriləcək 

Bu müharibə dünya iqtisadiyyatını dağıdacaq: hər il 2,5 trilyon dollar itiriləcək 

“Tayvanda müharibə başlayarsa, dünya iqtisadiyyatı hər il 2.5 trilyon dollar itirəcək”.


Sfera.az xəbər verir ki, bunu “Financial Times” dərgisində yayımlanan məqaləyə istinadən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. 

 

E.Şahinoğlu qeyd edib ki, ABŞ Dövlət Departamentinin sifarişi əsasında “Rhodium Group” analitik şirkəti müharibənin mümkün iqtisadi nəticələri ilə bağlı hesabat hazırlayıb.

“Analitiklərin fikrincə, müharibə həm Tayvan, həm də Çin iqtisadiyyatında böyük zərbə vuracaq və bundan sonra dünya iqtisadiyyatında “domino effekti” yaranacaq”, - deyən politoloq ehtimal edilən müharibədən ən çox Cənub-Şərqi Asiya ölkələrinin zərər görəcəyini söyləyib:

 

“Avtomobillərin, kompüterlərin və mobil telefonların istehsalında qeyri-sabitlik yaranacaq. Bu isə dünya ticarətini silkələyəcək. Analitiklərin fikrincə, bu durum onsuz da problemlərlə üzləşən Avropa üçün də yeni problemlər yaradacaq”.


 
E.Şahinoğlu bildirib ki, Çin enerji asılılığını minimum endirmək məqsədilə kömürlə işləyən elektrik stansiyaların sayını artıracaq:

 

“Karbon emissiyalarının azaldılması ilə bağlı öhdəliklərin əksinə olaraq, Çin kömür hasilatını artırmağı və daha çox istilik elektrik stansiyaları tikməyə qərar verib. Bu, çirklənməni azaltmaq və bununla da qlobal istiləşməni dayandırmaq üçün qlobal səylərə böyük zərbə kimi qiymətləndirilir. Çin lideri Si Sinpin ölkəsinin təmiz enerji alternativi tapılana qədər kömürdən istifadə etməyə davam edəcəyini bildirib. Beləliklə, hazırkı 4,1 milyard ton kömür istehsalının azaltması əvəzinə, Çində kömür hasilatı 2025-ci ildə 4,6 milyard tona yüksələcək. Üstəlik, Çin xaricdə də kömür stansiyaları tikir”. 

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...

Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək- Bu dəfə 5 gün

COP29-un uğurla başa çatmasından sonra Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, sentyabrın...

Əməkdar artist VƏFAT ETDİ

Rusiyanın əməkdar artisti Nina Qrebeşkova vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 94 yaşında dünyasını dıyişib.   Qrebeşkova m...

Saleh Məmmədov polisin nəzarəti altında olan direktoru vəzifəsindən AZAD ETDİ

"8 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru İlham Novruzov vəzifəsindən azad edilib.   S...