Bakıda polis "qazi"ni SAXLADI

Hadisə
11:55 / 23.11.2022
7894
Paytaxtda Vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbi qulluqçulara verilən orden və medalları, hərbi geyimi, fərqlənmə nişanlarını qanunsuz əldə etməklə görüntü yaradan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, döyüşlərdə iştirak etməyən, 2-ci qrup əlil, 1986-cı il təvəllüdlü şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib.
Ondan üzərində daşıdığı orden və medallar, hərbi geyim götürülüb.