ABŞ Ukraynaya 4,5 milyard dollar AYIRDI
Dünya
11:38 / 23.11.2022
6732
ABŞ-ın maliyyə naziri Janet Yellen Kiyevə 4,5 milyard dollarlıq büdcə dəstəyinin ayrıldığını açıqlayıb.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yellenin yazılı bəyanatında deyilir.
“Bu gün Birləşmiş Ştatlar qrant şəklində əlavə 4,5 milyard dollarlıq büdcə dəstəyini ayıraraq Ukrayna qarşısında qeyd-şərtsiz öhdəliyini davam etdirdi”, - deyə məlumatda qeyd olunub.
Onun sözlərinə görə, maliyyələşmə iqtisadi sabitliyin gücləndirilməsinə və əsas dövlət xidmətlərinin həyata keçirilməsinə dəstək olacaq, o cümlədən xəstəxana işçilərinin, dövlət qulluqçularının, müəllimlərin maaşlarının ödənilməsi, Ukraynanın qoca və həssas təbəqələrinə sosial yardım göstərilməsinə kömək edəcək.
Əzizə Zeynal