Tarixin ən acı hadisələrindən biri - 3 milyon insanın öldüyü FƏLAKƏT + FOTOLAR 

Tarixin ən acı hadisələrindən biri - 3 milyon insanın öldüyü FƏLAKƏT + FOTOLAR 

Bəşər tarixinin ən dəhşətli hadisələrindən biri... Bütün dünyaya acı təsir bağışlayan Benqal aclığı hadisəsi İkinci Dünya Müharibəsi zamanı Britaniya müstəmləkəsi Hindistanda - 60,3 milyon əhalisi olan Benqaliyada baş verib.

 

Sfera.az xəbər verir ki, Benqal əhalisinin 2-4 milyonu aclıq, malyariya, antisanitar şərait, qida çatışmazlığı və əhalinin yerdəyişməsi səbəbindən yaranan aclıqla üzləşib.

İqtisadiyyatın böyük hissəsinin dağılması milyonlarla insanın yoxsullaşması ilə nəticələnmişdi. Kişilər təsərrüfatlarını satıb orduya qatılır, qadınlar və uşaqlar böyük şəhərlərə köç edən evsizlərə qoşulurdular.

 

Tarixçilər bu böyük aclığı “insan əli” kimi qələmə verirlər. Bu vəziyyətə müharibə dövründəki müstəmləkəçilik siyasətlərinin səbəb olduğu və böhranın artması ilə bunun qaçınılmaz olduğu vurğulanır. Böyük əksəriyyət qıtlığı insan tərəfindən törədilən kimi təsvir etsə də, çox kiçik bir azlıq bunun təbii səbəblərlə bağlı olduğunu düşünür.

Benqal aclığında hərbi xərclərin maliyyələşdirilməsi üçün minlərlə kəndlidən torpaqlar ayrıldı. Üstəlik, fermerlər yığdıqları məhsula görə deyil, standart maaş alırdılar. Prioritet vəzifələrdə olanların mal və xidmətlərə çıxışı asanlaşdırılıb. Beləliklə, taxıllara girişin məhdudlaşdırılması baş verib.

Beynəlxalq idxala giriş Çörçill kabineti tərəfindən rədd edildi, yerli mənbələrə giriş isə məhdudlaşdırıldı. İnsanlar hər gün ölməyə davam etdikcə, əyalət hökuməti hər hansı bir aclıq olduğunu inkar edirdi.

Bu azmış kimi humanitar yardım təşkilatları böhranın ən çox zərər vurduğu aylarda səmərəsiz idi. Hindistan ordusu 1943-cü ilin oktyabrında fondlara nəzarəti ələ keçirməyə müvəffəq oldu və bununla da yardım xeyli artdı. Lakin əsas təkan dekabrda rekord həddə çatan düyü yığımından sonra yaranıb. Aclıqdan ölümlər xeyli azalıb, lakin aclıqla bağlı ölümlərin əksəriyyəti 1944-cü ildə baş verdi. Ərzaq təhlükəsizliyi böhranı başa çatdıqdan sonra ölümlərin yarıdan çoxu xəstəlikdən qaynaqlanırdı. Ac qalmanın təsiri ilə insanlar hər cür xəstəlik tapmışdı.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...

Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək- Bu dəfə 5 gün

COP29-un uğurla başa çatmasından sonra Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, sentyabrın...

Əməkdar artist VƏFAT ETDİ

Rusiyanın əməkdar artisti Nina Qrebeşkova vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 94 yaşında dünyasını dıyişib.   Qrebeşkova m...

Saleh Məmmədov polisin nəzarəti altında olan direktoru vəzifəsindən AZAD ETDİ

"8 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru İlham Novruzov vəzifəsindən azad edilib.   S...