Leonardo Di Kaprio ən yaşlı sevgilisi ilə oteldə görüntüləndi - FOTO

Leonardo Di Kaprio ən yaşlı sevgilisi ilə oteldə görüntüləndi - FOTO

Dünyaca məşhur Hollivud ulduzu, 47 yaşlı Leonardo Di Kaprio Paris Moda Həftəsi üçün 27 yaşlı məşhur model Gigi Hadidin qaldığı oteldən çıxarkən görüntülənib.

 

Qeyd edək ki, Di Kaprio 25 yaşından yuxarı heç bir qadınla görüşməməsi ilə diqqət çəkib. Bu yaş həddi daim media və sosial şəbəkə istifadəçilərinin zarafat obyekti olub. Məşhur model Gigi Hadid Paris Mode Week üçün getdiyi Fransada gecəsi 1300 funt-sterlinq olan “Hotel Le Royal Monceau”da qalıb. Son zamanlar adları birlikdə hallanmağa başlayan Hadid və Leonardo Di Kaprio eyni oteldən ayrı-ayrılıqda çıxarkən görüntülənib.

 

Adətən yaşı 25-dən yuxarı heç bir qadınla sevgili olmayan Di Kaprio üçün 27 yaşlı və uşaq sahibi Hadid hələ ki Kaprionun sevgilisi olan yeganə addır.

 

Qeyd edək ki, Di Kaprio və Hadid ilk dəfə sentyabrın 10-da Nyu-Yorkda əyləncə gecəsində birlikdə görüntüləniblər. Cütlük münasibət açıqlaması verməsə də, bu görüntülər dünya gündəminə düşüb. Hadid 25 yaşdan yuxarı olmaqla yanaşı, digər cəhətlərdən də Di Kaprio üçün bir ilkdir. Oktyabr ayında ayrıldığı müğənni Zayn Malikdən Khai adlı övladı olan model karyerasının yüksəlişini yaşayır. Bu yaxınlarda özünün "Goman in Residence" adlı geyim markasını da istifadəyə verib. Di Kaprio isə bu yaxınlarda model Camila Morrone ilə dörd illik münasibətinə son qoyub. Onların nə vaxt və niyə ayrıldıqları bilinməsə də, ayrılığın Morronun 25 yaşına çatdıqdan qısa müddət sonra baş verməsi internet istifadəçilərinin səbəbin yaş olduğunu düşünməsinə səbəb olub.

 

74-cü Emmy mükafatlandırma mərasimində Di Kaprionun yaş qaydası ilə bağlı zarafatı gecədə iz buraxıb.

 

Mükafatlandırma mərasiminin aparıcısı Kənan Tompson mükafatı qazanan Zendaya zəng edərək zarafat edib: "Zendanın keçən həftə 26 yaşı tamam oldu. 26 Hollivudda qəribə yaşdır. Orta məktəb şagirdi rolunu oynayacaq qədər gəncsən, amma Leonardo Di Kaprio ilə görüşmək üçün çox qocalmısan”.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...