119 yaşlı Süsənbər nənə səs verdi
Cəmiyyət
10:08 / 26.09.2016
834
125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin əhatə edən 54 seçki məntəqəsində referendumla bağlı səsvermədə əhali mütəşəkkil şəkildə iştirak edir.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, məntəqələrin hamısı bütün zəruri texniki avadanlıqla təchiz edilib, referendumun azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Dairə seçki komissiyasında 51535 nəfər qeydiyyata alınıb.
Məntəqələrdə müşahidəçilər səsvermə prosesinin gedişini izləyirlər. Xarici və yerli kütləvi informasiya vasitələri səsvermənin işıqlandırılmasında iştirak edirlər.
Səs verənlər arasında 119 yaşlı Süsənbər Xanməmmədova da var.