Bakıda oğurladığı “Iphone 13”-ü Şəmkirdə 70 manata satdı və... - TƏFƏRRÜAT

Bu il iyunun 9-da gecə saatlarında Bakının Nizami rayonunda tanımadığı şəxsin “iphone 13 pro” markalı mobil telefonu oğurlayaraq qaçan 2005-ci il təvəllüdlü Məhəmməd Quliyev (ad şərtidir-red) cəzalandırılıb.
Sfera.az xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, Məhəmməd hadisədən iki gün öncə Bakıya iş axtarmaq üçün gəlib. Hadisə günü o, bir nəfərin "İphone 13 Pro" markalı mobil telefonla yazışaraq metro girişinə doğru getdiyini görüb və onu izləməyə başlayıb. Məhəmməd qaçaraq telefonu həmin şəxsin əlındən alıb və sürtətlə gözdən itib.
Bundan sonra Şəmkir rayonuna qayıdıb və həmin telefonu Şəmkirdəki telefon mağazalarının birində 70 manata satıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Quliyev Məhəmməd Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.
Nəzrin