Qanunsuz balıq ovlayanlar cəzalandırıldı

Qanunsuz balıq ovlayanlar cəzalandırıldı

Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri, Siyəzən, Xaçmaz rayonları akvatoriyasında, Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, Xidmətin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı brakonyerlərin Bakı şəhər sakini Ələsgər Vahabov, Sumqayıt şəhər sakini Ziyad Əhmədov, Xaçmaz rayon sakinləri Emirmət Vəlimətov və Ceyhun Səmədov, Siyəzən rayon sakini Nəsrəddin Musayev, Mingəçevir şəhər sakini Sahib Mahmudov, Yevlax rayon sakini Vasif Bəkirov və Salyan rayon sakini Daşqın Əliyev olduğu müəyyən edilib:

 

"Onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 620 metr uzunluğunda sintetik tor götürülüb".


B.Məhəmmədov onu da qeyd edib ki, eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Şabran, Biləsuvar və Neftçala rayonlarında qanunsuz ov edən şəxslər saxlanılıb: “Araşdırma zamanı brakonyerlərin Quba rayon sakini Zabit Əliyarov, Biləsuvar rayon sakinləri Ələkbər Bədəlzadə və Saleh Hüseynli, Neftçala şəhər sakini Xəyal Sadıqov olduğu məlum olub. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib edilib”.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...