Bayden Ukraynaya silah tədarükünü dayandırır? - İDDİA

Bayden Ukraynaya silah tədarükünü dayandırır? - İDDİA

Son günlər bəzi mənbələr iddia edir ki, ABŞ-ın Ukrayna üçün silah sistemləri və sursatları tükənir. ABŞ Prezidenti Cozef Baydenin bundan sonra Ukraynaya yardım göstərə bilməyəcəyi qeyd edilir.

Maraqlıdır, ABŞ tərəfindən Ukrayna üçün ayrılan silah-sursat həqiqətən tükənirsə, bu, müharibənin gedişatına təsir edə bilərmi? Ukraynaya dəstək üçün ABŞ-a alternativ ölkə hansıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Samir Hümbətov ABŞ-ın rəsmi qaydada Ukraynaya yardım etməli olduğunu bildirdiyini deyib. Politoloq Baydenin təkcə hərbi yardımla bağlı yox, digər məsələlərdə də öhdəlik götürdüyünü vurğulayıb:

 

"Hesab etmirəm ki, ABŞ elə bir kiçik dövlət ola ki, onun Ukraynaya verəcəyi silah-sursat azalsın. Nəzərə almaq lazımdır ki, iyun ayında ABŞ Konqresi Ukraynaya yardım etməklə bağlı Lend Liz qanununu qəbul etdi. Həmin qanuna əsasən, ABŞ-da olan hərbi sursat və texnika limitsiz şəkildə Ukraynaya ötürülə bilər. Bu qanunda həmçinin dərman və ərzaq vasitələri kimi digər humanitar yardımların da Ukraynaya ötürülməsi yer alır. Bu baxımdan ABŞ-ın yardımı dayandırması real görünmür".

 

Ekspert Ukraynaya ABŞ-dan əlavə Böyük Britaniya və müttəfiqlərinin də yardım edə biləcəyini deyib:

 

"Əgər ABŞ Ukraynaya yardım məsəlsində silah-sursatı azaldarsa, o zaman  Böyük Britaniyanın Baş nazirinin Ukraynaya səfəri fonunda adıçəkilən ölkənin digər müttəfiq dövlətlərlə yardımı davam etdirməsi mümkündür. Bundan başqa, Qərb dövlətləri yardımı davam etdirməklə Rusiyanı geri addım atmağa da məcbur edə bilərlər. Nəzərə almaq lazımdır ki, Rusiyanın özündə də İrandan aldığı texnikalara baxmayaraq, silah-sursatın tükənməsi müşahidə edilir. Demək olar ki, hər gün müharibəyə milyardlarla dollar pul xərclənir. Bütün bunların müqabilində ən ideal variant Ukraynaya ABŞ tərəfindən dəstəyin göstərilməsidir. Əgər ABŞ yardım göstərə bilməsə, digər dövlətlər bu işdə yardımçı olacaq".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Qardaş Türkiyə rəhbərliyini alqışlayırıq - Azərbaycan XİN

Azərbaycan Xarici İşlər Nazirliyi PKK terror təşkilatının özünü ləğv etməsi barədə bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bu barədə qurumun &...

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...