Azyaşlı qız kimyəvi həlledici içdi

Hadisə
00:08 / 21.11.2022
5043
Cəlilabad şəhərində nəzarətsiz qalan azyaşlı, kimyəvi həlledici (rastvoritel) içib.
APA-nın Cənub bürosu xəbər verir ki, hadisə şəhərin Cavadxan küçəsində qeydə alınıb.
3 yaşlı Leyla Tahir qızı Bazarova boyaya qatılan kimyəvi həlledici içib.
Azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.
O reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər azyaşlının vəziyyətini ağır qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.