Moskvanın mərkəzində güclü yanğın BAŞLADI - VİDEO

Hadisə
18:49 / 20.11.2022
7014
Moskvanın mərkəzində anbar binası yanır.
Sfera.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Komsomolskaya meydanı yaxınlığındakı binada alov 2 min kv.m sahəni əhatə edir.
Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın baş verdiyi binadan 7 nəfər təxliyə olunub.
Hadisə yerinə yanğınsöndürmə qatarı göndərilib, bundan əlavə, yanğının söndürülməsinə aviasiya qüvvələrinin cəlb olunması planlaşdırılır.