Sumqayıtda yataqxanada yanğın oldu - Fotolar

Hadisə
16:21 / 20.11.2022
6819
Sumqayıtda yataqxanada yanğın olub.
Sfera.az xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində 1 saylı yataqxanada olub.
Belə ki, yataqxananın birinci mərtəbəsində Sima Muxtarovaya məxsus 1 otaqlı mənzildə yanğın olub. Hadisə zamanı mənzilin dəhlizinin yanar konstruksiyaları və geyim əşyaları yanıb. Mənzil sahibi xilas edilib, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğının baş vermə səbəbləri araşdırılır.
/APA