Tarixin ən dəhşətli eksperimentlərindən biri - Ölümlə nəticələnən cinsiyyət dəyişdirmə + FOTOLAR

Tarixin ən dəhşətli eksperimentlərindən biri - Ölümlə nəticələnən cinsiyyət dəyişdirmə + FOTOLAR

Zaman-zaman yazılarımızda oxuculara elm adamlarının, həkimlərin insanlar üzərində apardığı dəhşətli təcrübələr haqqında məlumat verilib. Lakin tarixin dərinliklərində öz yerini tutan bir təcrübə də var ki, bu, bildiyiniz təcrübələrdən bir çox cəhətdən fərqlənir.

 

Lakin bu təcrübə alimin səhvinin xəstəyə necə baha başa gələcəyini və nəticələrinin nə olacağını əvvəlcədən göstərib...

 

Bryusun cinsiyyət orqanı sünnət zamanı yanır

 

22 avqust 1965-ci ildə Kanadanın Vinnipeq şəhərində anadan olan Bryus və onun əkiz tayı Brayan sidik ifrazı ilə bağlı problemə görə hələ 6 aylıq olarkən fimoz adlı xəstəlik diaqnozu qoyulur. Bir müddət sonra əkizlərin sağlamlığı üçün riskli hala gələn bu xəstəliklə mübarizə aparmaq üçün həkimlər tibbdə nadir hallarda istifadə edilən sünnət əməliyyatına qərar verir. Lakin dövrün nöqsanları da olsa, bildiyimiz ənənəvi sünnət üsulu yerinə yandıraraq sünnət üsulunu seçirlər. Bu əməliyyatdan sonra Bryusun cinsi orqanı tamamilə yanıb və yararsız hala düşüb.

 

 

Bryusun cinsiyyət orqanı tamamilə yandıqda, onun təhsilsiz, qorxmuş gənc valideynləri Baltimordakı Johns Hopkins xəstəxanasına müraciət edir və burada cinsi inkişaf və cinsi kimlik sahəsindəki fəaliyyəti ilə dünyaca məşhur olan Dr. John Money ilə danışırlar. Dr.Money Bryusun valideynlərini uşağı cinsiyyət orqanı olmayan oğlan əvəzinə, əsl cinsiyyətini bilməyən bir qız böyütmək lazım olduğunu söyləyir. Çünki illərdir müdafiə etdiyi “cinsiyyət təbiətdən deyil, tərbiyədən asılıdır” nəzəriyyəsini sübut etmək üçün ən yaxşı təcrübə qapısına gəlmişdi…

 

Bryus 18 aylıq olanda yenidən əməliyyat olunub və xayaları da çıxarılıb. Onun adı artıq Bryus yox, Brenda olacaqdı. Brendaya "Qız" olmağı öyrədirlər…

 

 

Əməliyyatdan sonra Dr.Money Brendanın (Bryus) özünü qadın kimi görməsi üçün bütün tələblərə cavab verərək onu yaxından izləyirdi. Bu eksperiment ona görə əhəmiyyətli idi ki, ilk dəfə belə uzunmüddətli cinsiyyət dəyişikliyi eksperimenti aparılacaq və onun psixoloji təsirləri müşahidə olunacaqdı. Lakin təcrübə həm də çox riskli addımlar tələb edirdi. Buraya daha gənc yaşda qadınların cinsi mövqelərini öyrənmək daxil idi ki, Brenda cinsiyyətini qadın olaraq təyin edə bilsin. Bu səbəblə tədqiqatçılar heç bir gizli məqsəd güdmədən uşağı cinsi orqanını təyin etməyə məcbur edirdilər, bəzən onu çılpaq qoyur, cinsiyyət orqanını araşdırmağı göstəriş verirdilər. Ona cinsiyyətini tanımağa və qadın olduğunu başa düşməyə məcbur edirdilər.

 

 

Balaca Brendanın cəmi 2 yaşı olanda o, cici-mici paltarlarını cırır və gəlincikləri ilə oynamaqdan imtina edir. O, qardaşı Brianın oyuncaqlarını kobud güclə götürməyə və lazım gələrsə, onlarla oynamağa üstünlük verirdi. Həm özü, həm də ətrafındakılar narahat olub, məktəbdəki aqressiv davranışından daim şikayətləniblər. Amma Dr. Moneyin qəti tapşırığına əsasən həqiqət ciddi şəkildə məxfi saxlanılmalı idi və Brendanın sadəcə çətin bir dövr keçirdiyi, tezliklə sağalacağı fikri irəli sürülmüşdü.

 

 

Bu arada, Dr.Money də boş oturmur, eksperimentin gedişi ilə bağlı elmi məqalələr yazır, nə qədər uğurlu olduğunu deyir, təbrikləri qəbul edirdi.

 

Dr.Money öz təcrübəsinin nəticələrinə o qədər əmin idi ki, araşdırma qeydlərində yazırdı: “Oğlanın hərəkətləri çox açıq şəkildə kiçik bir qızı xatırladır; onun qardaşı kimi kişi hərəkətləri yoxdur”.

 

Həqiqət Çətin Olsada Danışılır..

 

Dr.Money nə qədər çalışsa da və ya faktları istədiyi kimi görmək istəsə də, təcrübə yanlış getməyə başlayırdı. Brenda ailəsindən qopmuş və hər iki uşağın psixologiyasında anormal dönüşlər başlamışdı.

 

Ailə ilə əlaqələri kəsdikdən sonra Dr.Money uşaqlar haqqında heç bir məqalə dərc etməyib və uğursuzluğu gizlətməyə çalışıb.

 

Brenda döşlərini böyütmək, tük çıxarmaq və həddindən artıq böyüyən əzələləri dayandırmaq üçün daim estrogen qəbul etməli idi. Onun qız paltarı geyinib qız kimi davranması gözlənilsə də, əslində nəyinsə səhv olduğunu bilirdi. 14 yaşına kimi problemlər böyüyüb və yerli psixoloqun razılığı ilə valideynləri həqiqəti üzə çıxarmaq qərarına gəliblər.

 

Növbəti Addım David Reimer olmaqdır

 

Faktlarla üzləşmək məcburiyyətində qalan Brenda ailəsini deyil, onları azdıran həkimləri günahlandırdı və özünə yeni ad – David seçərək bioloji cinsiyyətinə qayıtmaq qərarına gəldi. Bir sıra əməliyyatlarda estrogenlə böyüdülmüş döşləri çıxarılıb, transplantasiya və plastik protezlərlə cinsiyyət orqanı və xayalar yaradılıb. Testosteron müalicəsi ilə əzələ quruluşunu qaydaya salıb. Bütün bu yaxşılaşmalara baxmayaraq, David depressiyaya düşmüşdü və 20 yaşının əvvəlində iki dəfə intihara cəhd etmişdi.

Heç vaxt evlənməyəcəyini düşünsə də, 25 yaşında 1 uşağı olan Ceyn adlı qadınla evləndi. Əməliyyatlardan və evliliyindən sonra David incə bədən quruluşu və həmişəkindən daha az tüklü üzü istisna olmaqla, kənar adamların fərq edəcəyi kiçik qəribəliklərlə tamamilə yeni bir insan oldu. İşləyib yaşadığı yerdə insanlar onu qəbul edirdilər. Təəssüf ki, Davidin başına gələnləri tamamilə unutmaq mümkün olmadı və şəxsi həyatına təsir edən problemləri sonsuz idi.

 

 

Bazarın Maşın Parkında 2004-cü ilin May ayında...

 

2002-ci ildə əkiz qardaşının intiharından sonra David üçün yenidən bədbəxt günlər başladı. Davidin keçdiyi bu prosesi Brianın qəbul edə bilməməsi onları uzaqlaşdırsa da, David onun ölümündən sonra tez-tez Brianın məzarını ziyarət etməyə və çiçək gətirməyə başladı. 2004-cü ilin may ayının bir günü Ceyn işdə olarkən, Devid evdən tüfəngini götürdü və avtomobilini mağazanın dayanacağında saxladı, sonra tətiyi çəkdi və özünü öldürdü.

 

Yazılanlara görə, onun intiharının səbəbləri müxtəlif olub. Evliliyi çətin idi və həyat yoldaşı bu yaxınlarda ona bir müddət ayrı qalmalı olduqlarını söyləmişdi. O, son aylarda işsiz idi və maddi problemlər yaşayırdı. Təbii ki, onun uşaqlığına və bütün həyatına təsir edən şəxsiyyət çaşqınlığı da bu problemlər arasında çəkilirdi, amma əsas səbəb bu deyildi. Hadisəyə geniş prizmadan baxsaq, Davidin bu tabloya görə belə uzun müddət yaşaması olduqca təəccüblüdür.

 

Bir həkimin məşhur olmaq həvəsi uğruna Bruce Reimer olaraq anadan olan uşaq, Brenda Reimer kimi böyüdü və David Reimer kimi öldü, bir qardaşı da yaşananların qurbanı oldu.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...