İsrail Suriyaya yenidən hava zərbələri endirdi - FOTO
İsrailin Suriyanın mərkəzi və sahil bölgələrinə endirdiyi aviazərbələr nəticəsində 4 əsgər şəhid olub, 1 əsgər isə yaralanıb.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Suriya dövlət mediası adı açıqlanmayan suriyalı hərbçiyə istinadən bildirib.
Məlumata görə Aralıq dənizi üzərində uçan İsrail döyüş təyyarələri Suriya ordusunun sahil və mərkəzi Suriyadakı mövqelərinə raket zərbələri endirib. Suriya İnsan Haqları Müşahidə Qrupu sahilyanı Latakiya əyalətində, eləcə də Suriyanın mərkəzindəki Həma və Homs bölgələrində yük partlayışları eşidildiyini bildirib.
Xatırladaq ki, noyabrın 13-də İsrailin Suriyanın mərkəzi hissəsinə Şayrat aviabazasına endirdiyi zərbə nəticəsində 2 əsgərin öldüyü, 3-ünün yaralandığı bildirilmişdi. Rəsmi Təl-Əviv İranyönümlü qruplar və xüsusən də Hizbullahın Suriyada yerləşən qüvvələrinə qarşı mübarizə apardığını dəfələrlə bildirib.
Rusiya Xarici İşlər Nazirliyi, xüsusilə Sergey Lavrov və müavini Mixail Boqdanov İsrailin hərəkətlərini dəfələrlə tənqid edərək, bunu Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.
Aynil
Sfera.az