Rusiyada ümumi səfərbərlik olacaq – Ukraynalı ekspert tarixi açıqladı

Rusiyada ümumi səfərbərlik olacaq – Ukraynalı ekspert tarixi açıqladı

2023-cü ilin yanvarında Rusiyada ümumi səfərbərlik başlanacaq. 


Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bu iddia ilə ukraynalı hərbi ekspert Denis Popoviç çıxış edib.


Popoviç hesab edir ki, Rusiyada dekabr və ya yanvar aylarında yeni səfərbərlik planlaşdırılır və bu, qismən yox, ümumi xarakter daşıyacaq.


Hərbi ekspertin məlumatına görə, Rusiya vətəndaşları hələ də çağırış vərəqələri alır:

 

“Rusiya Prezidentinin səfərbərliyin dayandırılması ilə bağlı heç bir fərmanı yoxdur. Sadəcə olaraq, səfərbərliyin dayandırıldığı barədə bəyanatı var idi. Hərbi komissarlıqlar üçün bu, səfərbərliyin dayandırılması üçün əsas deyil, ona görə də, onlar çağırış vərəqələri paylamaqda davam edirlər. Rusiya çağırış prosesini gücləndirmək istəyir. Bu, cəbhələrdəki itkilərlə bağlıdır. Rusiyanın itkiləri əhəmiyyətli dərəcədə çoxdur. Ona görə də, Rusiyada səfərbərliyin sürətlənəcəyinə şübhə yoxdur”.


Xatırladaq ki, itkilərin artmasından sonra sentyabrın 21-də Putin Rusiyada qismən səfərbərlik elan edib. Ancaq bir ay sonra prezident səfərbərliyin başa çatdığını bildirib. 


Rusiya mediasının əldə etdiyi məlumata əsasən, qismən səfərbərlik zamanı 300 min insanın xidmətə cəlb edilməsi nəzərdə tutulsa da, əslində 492 min nəfər xidmətə çağrılıb.


Səfərbər olunanlar silahlarla ilkin təlimdən sonra cəbhənin ən qaynar nöqtələrinə göndərilir. Bu səbəbdən ehtiyatda olanlar arasında ruh düşgünlüyü var və hərbi xidmətə getmək istəyənlər çox azdır. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...