Qəbiristanlığı qarət edənlər ələ keçdi: İkisi qardaşdır - FOTOLAR

Hadisə
11:21 / 19.11.2022
8030
Daşkəsəndə qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıb.
Sfera.az-a bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Əmirvar kənd qəbiristanlığından oğurluq etməkdə şübhəli bilinən Daşkəsən rayon sakini Mətləb Əkbərov, Gəncə şəhər sakinləri olan qardaşlar Röyal və Hafiz Ocaqvediyev müxtəlif vaxtlarda kənd qəbiristanlığındakı bir neçə qəbirin dəmir barmaqlarını oğurlayıblar.
Şübhəli şəxslər saxlanılıblar, araşdırmalar davam etdirilir.