Rasim Məmmədovun məhkəmədə adını çəkmək istəmədiyi ORTAĞI KİMDİR?

Rasim Məmmədovun məhkəmədə adını çəkmək istəmədiyi ORTAĞI KİMDİR?

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə keçirilən növbəti məhkəmə prosesində üzərinə həbs qoyulan 70 milyon manat dəyərindəki əmlakların tam siyahısı və onların hər birinin orta bazar qiyməti elan edilib.

Üzərinə həbs qoyulan ən bahalı əmlak Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən şirkətin avadanlıqları və torpaq sahəsidir. Onun dəyəri 30 milyon 800 min manat həcmində qiymətləndirilib.

 

Digər əmlaklar arasında Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 550 min manatlıq iki bağ evi, Sabunçu rayonunda yerləşən 120 min manatlıq iki mağaza, Yasamal rayonu, Şərifzadə küçəsində 2 milyon manatlıq qeyri-yaşayış sahəsi də var.

 

Üzərinə həbs qoyulan bahalı əmlaklardan biri isə Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbidir. Dəyəri 22 milyon 487 min 150 manat qiymətləndirilən məktəbin təsisçilərindən biri R.Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır.

 

Əmlaklarla bağlı sənədlərə baxış zamanı R.Məmmədov Bakı Oksford Məktəbinin 50 faizlik hissəsinin adını çəkmək istəmədiyi başqa şəxsə aid olduğunu deyib.

 

Sfera.az-ın araşdırması nəticəsində isə müəyyənləşib ki, R.Məmmədovun adını çəkmək istəmədiyi digər ortaqlar Ramiz Mehdiyev və onun ailə üzvləridir. Mehdiyevlər Bakı Oksford Məktəbində milyonlarla manat dəyərində böyük paya sahib olub. Mehdiyev ailəsinə payı R.Məmmədov satıb.

 

Qeyd edək ki, Bakı Oksford Məktəbi Azərbaycanda fəaliyyət göstərən bahalı özəl orta ümumitəhsil məktəblərindən biridir. Burada illik təhsil haqqı 15-20 min manat məbləğindədir.

 

Məhkəmə baxışı zamanı R.Məmmədov Nəsimi rayonu, "Təzə bazar"ın yaxınlığında yerləşən iki evdən birini Xalq artisti Aygün Kazımovadan aldığını deyib:

 

"Evi Aygün Kazımovadan 2009-cu ildə almışam. Həmin binada nazirdən tutmuş müğənniyə qədər yaşayanlar var idi".

 

Poses noyabrın 21-də davam etdiriləcək.

 

Orxan


OXŞAR XƏBƏRLƏR

Lotereyadan rekord uduşlar –Kimlər nə qədər qazandı?

Hər bir insanın xəyallarında gözlənilmədən milyonlarla pul qazanmaq arzusu var. Lotereya oyunları isə bu arzunu gerçəyə çevirmək üçün ən böyük fürsətlərdən biri...

İngiltərə klubu milli üzvünü transfer etdi

“İpsviç” klubu Premyer Liqanın digər təmsilçisi “Aston Villa”dan İngiltərənin U-21 millisinin üzvü Ceyden Filocini transfer edib. &nb...

"Xaos, böhranlar, təbii fəlakətlər, yadplanetlilərlə..." - Yusuf Güneydən 2025-ci il PROQNOZLARI

Son zamanlar türkiyəli müğənni Yusuf Güney astral səyahət və gələcək proqnozları ilə diqqət çəkir. O, 2025-ci il üçün də bir sıra proqnozlar səsləndirib. ...

Son 3 gündə ikinci hərrac keçirildi - Dollara tələb nə qədər olub?

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) kommersiya banklarının iştirakı ilə növbəti valyuta hərracı keçirilib.   Sfera.az xəbər verir ki, bu hərrac...

Çimnaz Sultanovanın ölüm səbəbi AÇIQLANDI - RƏSMİ

Aktrisa Çimnaz Sultanovanın ölüm səbəbi məlum olub.   Sfera.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə ...

Süni intellekt bu şəxsləri İŞSİZ QOYACAQ

Süni intellekt (Sİ) texnologiyaları sürətlə inkişaf edərək bir çox sahədə tətbiq olunur və işçi qüvvəsinə olan tələbatı dəyişdirir. Bu texnologiyalar məhsuldarl...