Azərbaycana yeni pambıqyığan kombaynlar gətirilir

Azərbaycana yeni pambıqyığan kombaynlar gətirilir

 

Sabirabad rayonunda pambıqçılıqda istifadə edilən yeni kənd təsərrüfatı texnikalarının təqdimat mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, Kənd Təsrrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, tədbirdə nazir Heydər Əsədov, müvafiq qurumların rəhbər şəxsləri və əməkdaşları, pambıqçı fermerlər, alimlər, kənd təsərrüfatı mütəxəssisləri iştirak edib.

Sentyabrın 22-də dövlət başçısının pambıqçılıqla bağlı imzaladığı yeni sərəncam barədə məlumat verən H.Əsədov bildirib ki, bu sərəncam ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən birinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, pambıqçılığın potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək. 

Nazir vurğulayıb ki, artıq subsidiyalar əkin sahəsinə görə deyil, əldə olunan məhsula görə veriləcək ki, bu da son nəticədə məhsuldarlığın artmasına səbəb olacaq.

Eyni zamanda nazir "Aqrolizinq” ASC-nin xətti ilə ölkəyə gətirilən yeni texnika və məhsuldarlığın artırılması məqsədilə tətbiq olunan mütərəqqi texnologiya barədə məlumat verib: "Pambıqçılıqda istifadə edilməsi məqsədilə 1591 ədəd kənd təsərrüfatı texnikası gətirilib. 

Bu proses davam etdiriləcək. Oktyabr ayının 15-nə kimi Azərbaycana yeni pambıqyığan kombaynlar gətirilərək fermerlərin istifadəsinə veriləcək. Bu kombaynlar əsasən "John Deere” şirkətinin istehsal etdiyi ən müasir texnikalardır. Pambıq toxumçuluğuelmi əsaslarla yenidən qurulmalı, bu sahəyə diqqətartırılmalıdır”.

Sonra rayonun Xəlifəli kəndində pambıq sahələrinə baxış keçirilib, yeni alınan kombaynların yığım prosesi ilə tanış olub.

 

 
 
 
 

OXŞAR XƏBƏRLƏR

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətil...

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olundu

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə İ...

Bərdədə kişi çayda boğuldu

Bərdə sakini çayda boğulub.    Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.    ...

İran Prezidentindən ETİRAF: "Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir"

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.   Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri za...

Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “H...