"Ata gələndə uşaq ayağa durmursa, onu didərəm" - VİDEO

"Özünü mənə oxşadanlar var. Onlar nağaraçalan, ritm deyil. Sən ən azı 1 saat yarım konsert verməlisən. Onlar rəqqaslarıdır, əlində nağara. Onlar haqsız yerə pul qazananlardır".

 

Bu sözləri Xalq artisti Natiq Şirinov "Günün sədası" proqramında deyib. "Natiq" ritm qrupunun rəhbəri hazırda olan nağara ifaçılarını tənqid edib:

 

"Biz kos nağara çalanlarıq. Xalqımız ayılsın, onlar dilənçidir. Dilənirlər. Nağara sənətinə  böyük zərbədir. Giley deyil, həqiqətdir. Çox pis vəziyyətlər yaranır. Xalqa deyirəm ki, toylarınıza gətirəndə, bilin kimi gətirirsiniz. Düzgün adam seçin. Zurna ifaçıları xaric çalır. Millət də bunu qəbul edir. Belə musiqiçilər, yalandan yer alıblar". 

 

N.Şirinov türk mahnısı oxuyan ifaçıları da tənqid edib:

 

"Dünyanın bir çox müğənnisini tanıyırıq: Murad Boz, Sibel Can, İbrahim Tatlısəs. Amma görün Türkiyədə azərbaycanlı oxuyanı tanıyırlar? Tanımırlar, yoxdur. Bu, bizim günahımızdır. İndi klarnet ifaçılarımız da türk tərzində ifa edir".

 

Musiqiçi uşaqlıqda atası tərəfindən döyüldüyünü etiraf edərək, bunları əlavə edib:

 

"Şillə böyüklərimizdən getdi. Atam biz səhv edəndə şillə vururdu. İndi deyirlər, uşağı döymə. Xarici tərzə keçiblər, uşağı vuranda deyirlər, məhkəməyə ver. Oğlum Ümidi bilirsiniz nə qədər əziyyət vermişəm? Deyirlər, vurmaqla uşaq böyüdərlər? Lazım olanda hə. Əgər uşaq narkotik aludəçisi olarsa, onu döymək nədir, didərəm. Ata gələndə uşaq ayağa durmursa, onu didərəm. O demək deyil, vəhşiyəm... Yox, bilirsiniz nə qədər kövrəyəm? Efirə baxırıq, yemək bişirir, qazan götürmək, lazımsız söhbət. Bunları yığışdırmaq lazımdır. Efir mədəniyyəti, siyasəti, idmanı təbliğ edir. Nə yemək bişirirsən mənə nə? Yemək bişirə bilmirsiniz? Get evində bişir. Mədəniyyət aş, dolma, salat olub. Camaatın başını bu şeylərlə aldatmaq olmaz. O dünyada cavab verəcəksiniz".

 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...