Tiranozavrlar təsvir edildiyi kimi olmayıb - FOTO

Tiranozavrlar təsvir edildiyi kimi olmayıb - FOTO

Tiranozavrlar heç vaxt təsvir olunduğu kimi olmayıb.

 

Sfera.az xarici elmi nəşrlərə istinadən bildirir ki, aparılan yeni bir araşdırma Tiranozavrların bizə göstərdiyindən 70% daha böyük olduğunu sübut edib. Kanadalı paleontoloqlar 32 tiranozavr skeletinin tədqiqi nəticəsində əldə edilən məlumatları təhlil edərək maraqlı nəticələrə gəliblər. Onlar bu nəhəng dinozavrların daha böyük və 15 ton ağırlığında olması mümkün olduğunu hesab edirlər.

 

Yer kürəsində indiyə qədər yaşamış ən böyük və ən aqressiv yırtıcılardan biri hansı maksimum ölçüyə çata bilərdi?

 

Ottava Kanada Təbiət Muzeyinin alimləri bu suala cavab tapmağa çalışıblar. Əvvəlki tədqiqatlar artıq planetdə təxminən 2,5 milyard tiranozavrın yaşadığını göstərib. Lakin alimlər bu qədim heyvanların nə az, nə çox 32 tam skeletini tapa bildilər ki, bu da onların ölçüsü haqqında maksimum məlumat verməyə kömək edib. Kanada alimlərinin araşdırması bu yırtıcıların nə qədər böyük olduğuna dair yeni bir fərziyə irəli sürməyə əsas verir.

 

İndi ən böyük tiranozavr "Scotty" adlı nümunə hesab olunur. Bu dinozavrın qalıqları 30 il əvvəl Kanadada aşkar edilib. Alimlərin fikrincə onun uzunluğu 13 metr, çəkisi 8,8 ton idi. Yeni araşdırmanın müəllifi Cordan Mallonun sözlərinə görə, tiranozavrlar haqqında mövcud məlumatlara əsaslanan hesablamalar göstərir ki, bu heyvanlar təxminən 70% daha böyük idi və 15 ton ağırlığında ola bilərdi (nümunə üçün indiki bir avtobusun çəkisi təxminən 11 tondur).

 

Alimlər tiranozavrların orta ömrü, onların xüsusiyyətləri və fərqləndirici xüsusiyyətləri haqqında məlumatları özündə əks etdirən modellər yaradıb. Alimlər tiranozavrların bu ölçüyə qədər böyüyə biləcəyi qənaətinə gəliblər, lakin indi modelin proqnozlaşdırdığı bu heyvanın qalıqlarını tapmaq lazımdır.

 

Yeni araşdırmanın müəllifi Cordan Mallonun sözlərinə görə, tiranozavrlar haqqında mövcud məlumatlara əsaslanan hesablamalar göstərir ki, bu heyvanlar təxminən 70% daha böyük idi və 15 ton ağırlığında ola bilərdi. Alimlər indi hesab edirlər ki, tiranozavrlar orta hesabla 10-12 metr uzunluqda, omba hissəsində isə 3,5-4 metr hündürlükdə olublar.

 

Bütün araşdırmalar Tiranozavrların çəkisi ilə yanaşı ölçülərinin daha böyük ola biləcəyinə işarə edir. Lakin aimlər təkamül nəticəsində tiranozavrların pəncələrinin düşmənlər tərəfindən dişləməməsi üçün kiçilddiyi qənaətinə gəlib. Buna görə də, onların ölçüsü, çəkisi haqqında məlumatlarda hələ ki, bizə məlum olan araşdırmaların nəticəsi haqqında məlumat verilir. Paleontoloqların aşkar etdiyi bütün fosilləşmiş tiranozavr qalıqları 70-66 milyon il əvvələ aiddir. Tiranozavrların alimlərin düşündüyündən daha qəddar yırtıcı olduğu ortaya çıxıb.

 

Xatırladaq ki, bu yaxınlarda Yer kürəsində bir deyil, üç növ tiranozavrın yaşadığını göstərən bir araşdırma nəticələri də ictimaiyyətə təqdim edilmişdi.

(Mənbə: Live Science)

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...