Ən böyük qorxusu gerçək oldu - Ajda Pekkan ölümün bir addımlığında + FOTO

Ən böyük qorxusu gerçək oldu - Ajda Pekkan ölümün bir addımlığında + FOTO

Ötən günlərdə baş verən qəzadan sonra omba sümüyünü sındıran məşhur sənətçi Ajda Pekkanın yaşadığı qəza ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

 

Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, məşhur müğənni Ajda Pekkanın səhər saatlarında evində baş verən hadisə nəticəsində omba sümüyü sınıb. 76 yaşlı sənətçi xəstəxanaya aparılıb və təcili əməliyyat olunub. Qəzadan sonra açıqlamalar verən sənətçinin meneceri Oğuz Arınmış məşhur sənətçinin səhər saatlarında evində yıxılaraq, omba sümüyünün qırılması nəticəsində təcili əməliyyata aparıldığını və noyabr ayında veriləcək konsertlərin ləğv edildiyini açıqlayıb.

 

Pop musiqisinin sevilən sənətçisi Ajda Pekkan noyabrın 2-nə keçən gecə yaşadığı təzyiq problemi səbəbindən tarazlığını itirib, yataq otağında yerə yıxılıb və bud sümüyündə sınıq yaranıb. İllərdir yataq otağının qapısını kilidləməyi vərdiş halına gətirən Ajda Pekkanın 3 saat yerdə kömək gözlədiyi məlum olub. Evdə işləyənlər bütün cəhdlərinə baxmayaraq içəri girə bilmədiklərindən çıxış yolunu qapını sındırmaqda görüblər. Köməkçiləri tərəfindən xəstəxanaya aparılan sənətçi əməliyyat olunub.

 

Əməliyyat 7 saat davam edib. Uğurlu əməliyyat keçirən Ajda Pekkanın səhhətinin yaxşı olduğu qeyd edilib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...