“Bizi izləyirlər, necə qorunaq?” – SEPAH-a casusluq edən Səbuhinin məhkəmə prosesi

“Bizi izləyirlər, necə qorunaq?” – SEPAH-a casusluq edən Səbuhinin məhkəmə prosesi

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun məhkəməsi davam etdirilib.

Sfera.az xəbər verir ki, hakim Eldar İsmalıyovun sədrliyi ilə keçirilən prosesdə şahid dindirmələri başa çatıb, noyabrın 17-də sənədlər tədqiq edilib. Bu sənədlər ekspertiza rəyləri, Səbuhi Səlimovun evindən götürülmüş əşyalara baxış protokolları, telefon danışıqlarının mətnləri, fotolar, mesenger və WhatSapp üzərindən yazışmalar və digərləri olub.

 

Hakim sənədlərin fotoların tanınmasıyla bağlı hissəsini elan edərkən Səbuhi Səlimov SEPAH-ın Azərbaycan üzrə əməkdaşı Ağayi Cabbarı tanımadığını bildirib. Hakimsə xatırladıb ki, fotodakını tanımasıyla bağlı imzası var.

 

Hakim: - Siz istintaq vaxtı fotoların tanınması protokolunu imzalamısız. Tanımırdınızsa, niyə imzalamısız?

 

Səbuhi Səlimov: - Mən heç yerə imza atmamışam, Cabbarı da 2011-ci ildə İrana ürək əməliyyatına gedəndə bir dəfə görmüşəm. 2022-ci ildə onu şəkildən necə tanıya bilərdim, üstündən 11 il keçib.

 

Hakim: - Protokolları imzalayanda vəkiliniz yanınızda olub?

 

Səbuhi Səlimov: - Mən nə bilim? Hökumətin verdiyi “paykovoy” vəkil idi, heç adını da bilmirdim.

 

Ancaq elə bu məqamda məlum olub ki, Səbuhi Səlimovun vəkili hazırda onu məhkəmədə müdafiə edən Vasif Məmmədovdur. O, ibtidai istintaq zamanı protokolları Vasif Məmmədovun iştirakıyla imzalayıb.

 

Hakim Eldar İsmayılov Səbuhi Səlimovun İslam Partiyasının keçmiş sədrlərindən olan Elçin Manafovla telefon danışığının stenoqramını elan edib. Həmin söhbətdə Səbuhi Səlimov Elçin Manafova İranda olarkən SEPAH əməkdaşlarıyla olan görüşündən, ona verilən tapşırıqlardan danışıb. Həmin tapşırıqlar İslam Partiyası daxilində gizli qrup yaratmaq, keçmiş MTN-ə və Milli Məclisə, həmçinin başqa dövlət idarələrinə öz adamlarını yerləşdirməklə bağlı olub. Səbuhi Səlimov telefon danışığında Elçin Manafova dönə-dönə bildirir ki, İrandan verilən tapşırığa görə bunları etmək çox vacibdir. O, Elçin Manafova SEPAH əməkdaşlarının onları mobil telefon və kompüterlə təmin edəcəklərini də deyib.

 

Telefon danışığından seçmə: “Hacı, onlar məndən soruşdular ki, sizin probleminiz nədir? Dedim, problemimiz mobil telefondur. Çünki istifadə etdiyimiz telefonlardan bizi izləyirlər. Bir də kompüter lazımdır. İzləmələrdən necə qorunmaq lazımdır, bunu da söhbət elədik”.

 

Hakim telefon danışığı protokolunu elan edəndən sonra Səbuhi Səlimov bildirib ki, bu, sadəcə danışıq olub, o, deyilənlərin heç birini sonradan icra etməyib, həmin şəxslərlə bir daha görüşməyib və bu məsələ bir daha gündəmə gəlməyib.

 

Hakim prokurora məhkəmə çıxışı etməsini təklif edib. Ancaq prokuror bildirib ki, növbəti məhkəmə iclasında çıxış edəcək. Hakim növbəti iclası noyabrın 22-nə təyin edib.

 

Qeyd edək ki, Səbuhi Səlimov ötən ilin oktyabrında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

 

Elçin Manafov bu iş üzrə həm ibtidai istintaqda, həm də məhkəmədə şahid kimi dindirilib.O, məhkəmə ifadəsində göstərib ki, bir neçə il əvvəl ürək əməliyyatı üçün İrana gedən Səbuhi Səlimovu oradakı SEPAH əməkdaşlarıyla özü əlaqələndirib.

 

Nəzrin Cavadzadə


OXŞAR XƏBƏRLƏR

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO

Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi ...

Prezident onu yenidən rektor təyin etdi - FOTO

Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti ...

ABŞ və Çin tariflərdə anlaşdı - Kim daha qazanclı çıxdı?

İsveçrədə ABŞ-Çin ticarət-tarif danışıqları dünən yekunlaşıb və razılaşma əldə olunub. Razılaşmaya əsasən, ABŞ Çinə tədbiq etdiyi 145% tarifləri 30%-ə, Çin isə ...

Kəmaləddin Heydərov Aqil Ağayevi işdən ÇIXARDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.   Sfera.az "qaynarin...