Avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir - QƏRAR

Avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir - QƏRAR
Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının dəyişdirilməsinə başlanılıb.

Sfera.az xəbər verir ki, bununla bağlı naxcivanxeberleri.com-a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Aydın Ağayev məlumat verib. 

O bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, respublikanın bütün rayonlarının fərqləndirici dövlət nömrə nişanları var. Muxtar Respublikada da hər rayonun dövlət nömrə nişanları olub: 

"Məsələn, Babək rayonu 67 seriyası ilə, Şərur rayonu 68 seriyası ilə və s. başlayan dövlət qeydiyyat nişanları ilə təmin olunmuşdular. Sonradan müvafiq qərara əsasən, 85 seriyası bütün Naxçıvan Muxtar Respublikasının vahid dövlət qeydiyyat nişanı kimi qəbul olunub.

Bildiyimiz kimi, Muxtar Respublikada yaşayan vətəndaşların həyat səviyyəsinin yüksəlməsi buraya gətirilən avtomobillərin sayının çoxalmasına gətirib çıxarıb. Beləliklə, muxtar respublikada avtomobillərin sayı artdığı üçün dövlət nömrə nişanlarına tələbat da yaranıb. Bu təlabatı ödəmək üçün Muxtar Respublikanın 7 rayonuna və Naxçıvan şəhərinə ayrıca seriya nömrələri verilməsi qərara alınıb”. 

Qərara alınıb ki, Naxçıvan Muxtar Respublikasının rayonlarına aşağıdakı seriya nömrələri verilsin:

Babək - 67
Şərur - 68 
Ordubad - 69
Şahbuz - 71
Culfa - 72
Sədərək - 73
Kəngərli - 74
Naxçıvan şəhəri - 75

Aydın Ağayev qeyd etdi ki, Muxtar Respublika rəhbərliyinin tapşırığına əsasən, nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının dəyişdirilməsi üçün heç bir dövlət rüsumu, ödəniş tələb olunmur və bu proses tədricən həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətil...

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olundu

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə İ...

Bərdədə kişi çayda boğuldu

Bərdə sakini çayda boğulub.    Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.    ...

İran Prezidentindən ETİRAF: "Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir"

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.   Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri za...

Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “H...