İstanbulda terror törədən qadının ifadəsi: "Hər şey sevgilimə görə oldu..."

İstanbulda terror törədən qadının ifadəsi:

İstanbulda terror aktı törədən Ahlam Albashırın yeni ifadəsi açıqlanıb.

 

Sfera.az xəbər verir ki, qadın terror qruplaşmasına sevgilisinə görə qoşulduğunu ifadə edib.

 

O bildirib ki, Ahmed adlı şəxslə sevgili olub. Qadının sözlərinə görə, Ahmed Cerablusa gedəndən sonra o da şəhərə gedib.

 

“Burada terrorçular məni əməkdaşlığa cəlb etdi. Bir müddət sonra Ahmedin izini itirdim. Lakin qruplaşma ilə əlaqəm kəsilmədi. Onlar məni buraxmaq istəmədi” - qadın qeyd edib.

 

Qeyd edək ki, İstanbulda törədilən terror aktı nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.(mətbuat.az)


OXŞAR XƏBƏRLƏR