Qəzada həlak olan məşhur rok ulduzu haqqında film izləyicilərə təqdim edildi - FOTO

Qəzada həlak olan məşhur rok ulduzu haqqında film izləyicilərə təqdim edildi - FOTO

 2007-ci ildə keçirdiyi avtomobil qəzası nəticəsində həyatını itirən əfsanəvi və sevilən rok ulduzu Barış Akarsunun həyatı haqqında “Barış Akarsu Salam” filmi izləyicilərə təqdim olunub.

 

Sfera.az bildirir ki, filmin mətbuat konfransı Akarsunun atası Səlahəddin və bacısı Nesrinin iştirakı ilə baş tutub.

 

Sənətçinin illər əvvəl yazıb tamamlaya bilmədiyi “Salam” mahnısı ilk dəfə öz səsindən lentə alındığı şəkildə təqdim edilib. Mahnının davamını isə Barış rolunu canlandıran aktyor İsmail Ege Şaşmaz yeni redaktə olunmuş versiyada ifa edib.


İsmail Ege Şamazın Barış Akarsuya çox bənzərliyi diqqət çəkib. Təqdimat zamanı duyğulu anlar yaşanıb. Barışın atası Selahaddin Akarsu İsmail Ege Şamazı mənəvi oğlu olaraq gördüyünü bildirib:


“İnsanlar oğlumu yenidən sevirlər və daha yaxşı tanıyacaqlar. Ege artıq mənim də oğlumdur. O, mənim mənəvi oğlum oldu”.

 

İsmail Ege Şaşmaz Barışa bənzəmək özündə kiçik dəyişikliklər edildiyini bildirib: “Çətinlik çəkəndə gözlərimi yumub “Haydi, Barış”dedim. Amasrada məni görənlər “Sən
“Barışsan deyirdilər. Əhval-ruhiyyəyə görə, otel otağında ağladığım vaxtlar olub”.

 

Noyabrın 8-dən radio, televiziya və rəqəmsal platformalarda səsləndirilən “Salam” mahnısından əldə edilmiş gəlir Barış Akarsunun sağ olduğu dövrdə etdiyi kimi qan xərçəngi ilə mübarizə aparan uşaqlar vəqfinə (LÖSEV) bağışlanacaq.

 

Aynil

 

 

 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...