Azərbaycanın məşhur aşığı VƏFAT ETDİ - FOTO

Azərbaycanın məşhur aşığı VƏFAT ETDİ - FOTO

Aşıq Əlixan Niftəliyev 79 yaşında vəfat edib.

 

Sfera.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva öz "Facebook" hesabında paylaşım edib.

 

"Azərbaycan aşıq sənətinə ağır itki üz verib. Ustad sənətkatımız Aşıq Əlixan Niftəliyev vəfat edib. Sənətkarın doğmalarına baş sağlığı verir, Ulu Tanrıdan səbr diləyirəm. Yeri cənnət olsun!", - deyə o qeyd edib.

 

Qeyd edək ki, Əlixan Abbasqulu oğlu Niftəliyev 1943-cü ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Doğulduğu kənddə orta məktəbi bitirib və sonra ordu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra həyatını aşıq sənətinə həsr etmək qərarına gəlib. Şirin səsi və sənətə böyük marağı onu dövrünün ustad sənətkarı Mikayıl Azaflının yanına gətirib. Böyük sənətkarın yanında şəyird olaraq aşıq sənətinin incəliklərini mənimsəyib. Zil, şaqraq və məlahətli səsi ilə seçilən aşıq Əlixan 1968-1990-cı illərdə ustad sənətkar Əkbər Cəfərovla sənət yoldaşı kimi birgə məclislər aparıb.

 

Ustad yanında püxtəlişdikdən sonra el şənliklərində, dövlət tədbirlərində, respublikamızda keçirilən folklor festivallarında çıxış edib, Azərbaycan mədəniyyətini bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda layiqincə təmsil edərək qızıl medal, fəxri fərmanlar və hədiyyələrlə təltif olunub.

 

Əlixan Niftəliyev 2008-ci ildə "Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Özünəməxsus ifa tərzi ilə seçilən aşıq Əlixan eyni zamanda güclü natiqlik qabiliyyəti və dastanlarımızın mahir bilicisi kimi də aşıqsevərlərin rəğbətini qazanıb. Onun ifa etdiyi bir çox aşıq havaları və dastanlar Azərbaycan Televiziyasının "qızıl fond”unda saxlanılır. Bu sıradan "Novruz və Qəndab” dastanını xüsusilə qeyd etmək lazımdır.

 

Azərbaycan aşıq sənətinin inkişafında, yeniyetmə və gənclərdə bu sənətə meyil və marağın gücləndirilməsində böyük xidmətləri olan Əlixan Niftəliyev Azərbaycan aşıqlarının IV, V və VI qurultaylarında iştirak edib.

 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...