Başından xəsarət almış 41 yaşlı kişi xəstəxanada öldü

Hadisə
14:42 / 17.11.2022
9035
Başından xəsarət almış 41 yaşlı kişi xəstəxanada ölüb.
Hadisə noyabrın 5-də Qax rayonu ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 1981-ci il təvəllüdlü, epilepsiya xəstəsi olmuş K.Feyzullayevin halı pisləşərək yerə yıxılıb.
Kəllə-beyin travması alan 41 yaşlı şəxs Bakı şəhərində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Lakin K.Feyzullayev noyabrın 15-də orada vəfat edib.
Report