Sorğuda iştirak edin, Qarabağın dirçəlişinə töhfə verin!

Sorğuda iştirak edin, Qarabağın dirçəlişinə töhfə verin!

Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra xalqımızın qarşısında duran başlıca vəzifə Qarabağımızın bərpası və inkişafı, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsidir.


Qarabağ Dirçəliş Fondunun mövcud və potensial donorlar arasında keçirdiyi sorğuda iştirak etməklə Qarabağın bərpasına və inkişafına siz də öz töhfənizi verə bilərsiniz.


Fond Qarabağın bərpası və onun dünyanın ən gözəl guşələrindən birinə çevrilməsi üçün hər bir vətəndaşın fikir və təkliflərinə xüsusi önəm verir. Odur ki, sorğunun əsas məqsədi vətəndaşların Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə münasibətinin, bu prosesdə iştirakçılığının, mövqelərinin düzgün təhlil edilməsidir.


Sorğunun nəticələri Fondun gələcək fəaliyyəti, cəmiyyətin üzvlərinin bərpa prosesində iştirakçılığının təmin olunması və Qarabağın bərpası istiqamətində ianələrin cəlb olunmasına mühüm töhfə verəcək.


Qeyd olunmalıdır ki, sorğu anonim şəkildə keçirilir. Cəmi 3-5 dəqiqə vaxt sərf etməklə sorğuda iştirak edə və Qarabağın inkişafına dəstək ola bilərsiniz.
Sorğuda iştirak etmək üçün aşağıda qeyd olunan linkə daxil olun:


//qdfaz.questionpro.com/ferdi-sorgu


OXŞAR XƏBƏRLƏR

"Unibank" Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib

"Unibank" 2025–2029-cu illəri əhatə edən genişmiqyaslı Dayanıqlılıq Strategiyasını və ona əsaslanan Dayanıqlılıq Siyasətini təsdiq edib. Bu sənə...

“Rusiya Qərbə qabaqlayıcı hücumlar edə bilər” - Medvedev

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Qərb ölkələrini Ukrayna üzərindən Rusiyaya qarşı “tammiqyaslı müharibə” aparmaqda ittih...

"42 məzun qızıl medala layiq görülüb" - BŞTİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 42-si qızıl, 10-u gümüş nişana layiq görülüb.   ...

Telman Hacıyev vəfat etdi

Əməkdar incəsənət xadimi, fleytaçı Telman Hacıyev vəfat edib.   Sfera.az yenisabah.az-a istinadla xəbər verir ki, sənətçinin vəfat səbəbi hələlik açı...

İraqda yanğında ölənlərin sayı artdı

İraqın şərqindəki Kut şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 63-ə çatıb.   Sfera.az xəbər verir ki, ən azı 40 nəfər...

"Fənərbağça"nın yeni transferi Mourinyonu özündən çıxardı

Türkiyənin "Fənərbağça" klubu baş məşqçi Joze Mourinyo ilə yeni transfer Con Duran arasında gərginlik yaşandığı ilə bağlı yayılan məlumatlara münasibə...