NASA-nın “Artemis 1” raketi uğurla missiyasını tamamlayıb - Ay raketi debütdən heyrətamiz FOTOLAR

Xəbər verdiyimiz kimi, NASA bu gün Aya “Artemis 1” raketini göndərməyi planlaşdırmışdı. Fırtına səbəbi ilə “Artemis 1”-də cüzi problemlər olmasına baxmayaraq NASA ekspertləri və menecerlər raketin uçuşa tam hazır olduğuna qərar vermişdi.
“Artemis 1” bu gün öz missiyasını uğurla tamamlayıb. Uçuş anı insanlar tərəfindən də maraqla izlənilib. “Artemis 1”i Floridada NASA-nın Kennedi Kosmik Mərkəzindəki “39B Launch Complex”dən yerli vaxt ilə saat 01:47-də (06:47 GMT) uğurla kosmosa buraxılıb.
Qeyd edək ki, bu NASA-nın yeni Space Launch System (SLS) meqaroketindən və Orion ekipaj kapsulundan istifadə etdiyi ilk uçuşudur. SLS raketi Orion kosmik gəmisini təqribən 25 günlük missiya ilə orbitə çıxarıb. Burada o, Ayın ətrafında fırlanacaq və sonra Yerə qayıdacaq.
Onu da qeyd edək ki, “Artemis 1” NASA proqramının bir hissəsi olaraq insanları Aya göndərmək üçün hazırlanmış bir sıra missiyaların ilk mərhələsidir.
Sfera.az debütdən olan fotoşəkilləri təqdim edir:
Aynil
Sfera.az