İranın sui-qəsd təşkil etdiyi yəhudi iş adamının adı AÇIQLANDI

İranın sui-qəsd təşkil etdiyi yəhudi iş adamının adı AÇIQLANDI

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı bölməsi olan “Əl-Qüds”ün israilli iş adamı, Gürcüstan-İsrail Ticarət Palatasının prezidenti İtzik Moşeyə qarşı sui-qəsd hazırladığı məlum olub.

 

Sfera.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbə deyib.

 

Bundan əlavə, iş adamı haqqında məlumat toplamaq üçün Tbilisiyə gələn Pakistandan olan bir qrup muzdlu qatilin “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəsinin olduğu bildirilir.

 

İsrailin kəşfiyyat orqanları İranın Moşeyə qarşı sui-qəsd hazırdığı barədə Gürcüstan tərəfini məlumatlandırıb.

 

İsrailin Tbilisidəki səfiri Adas Meysad sui-qəsdin qarşısını aldığı üçün Gürcüstanın xüsusi xidmət orqanlarına və hökumətinə təşəkkür edib.

 

“Biz bir daha şahidi olduq ki, İran təkcə Yaxın Şərqdə deyil, bütün dünyada, indi də burada, dinc Gürcüstanda terror aktları törətmək cəhdlərini davam etdirir”, - səfir yazıb.

 

Xatırladaq ki, dünən Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti İsrail vətəndaşının xaricdən sifariş edilən qətlinin qarşısının alındığını açıqlamışdı.(report)


OXŞAR XƏBƏRLƏR

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.   Sfera.az bildirir ki, ş...

100 ildən çoxdur tərk edilib: Sahibi “Titanik”də ölən qəsr

Şəhər tədqiqatçısı və bloqqer (deserted_places) Fransada sahibinin 1912-ci ildə Titanikdə faciəvi şəkildə ölməsindən sonra tərk edilmiş qalanı ziyarət edib. ...

Heç nə etmədən gündə yüzlərlə dollar qazanır - FOTO

Dünyanı gəzən macəraçı Dryu Binski yaponiyalı Şoji Morimotonu işə götürüb. Bu adam bir neçə saat üçün təxminən 100 dollara "bir müddət dost" kimi işlə...

Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən ço...

Blinken:Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assamble...

Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.   Sfera.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təs...