Koronavirusa yoluxduğu halda evi tərk edən İsmayıllı sakininə 9 aylıq cəza

Koronavirusa yoluxduğu halda evi tərk edən İsmayıllı sakininə 9 aylıq cəza

Ötən ilin yanvarın 5-də İsmayıllı rayonunda  Covid-19 virusuna yoluxduğu halda karantin rejimini pozan 1998-ci il təvəllüdlü Qurban Hacıyev (soyad şərtidir) cəzalandırılıb.

Sfera.az xəbər verir ki, 2020-ci ilin dekabrın 27-də onun Covid-19 infeksiyasına yoluxduğu məlum olub. Bu səbəbdən ona 14 gün müddətinə yaşadığı məkanı tərk etməməsi bildirilib. Qurban isə 2021-ci ilin yanvarın 5-i yaşadığı evi isitmək üçün odun toplamaq qərarına gəlib və bu məqsədlə qaydalara riayət etməyərək evdən uzaqlaşıb. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb və barəsində protokol tərtib edilib.

 

İsmayıllı rayon məhkəməsinin hökmü ilə  Hacıyev Qurban barəsində 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

 

Nəzrin Cavadzadə


OXŞAR XƏBƏRLƏR